17 İyul 2024 00:31
4676
Qanunlar
A- A+
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 8.1.3-cü maddəyə "Şurasının Aparatı" sözlərindən sonra ", Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi" sözləri əlavə edilsin.

2. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 11. İnzibati və yardımçı vəzifələrin təsnifatı

11.1. İnzibati vəzifələrin aşağıdakı təsnifatları vardır:

11.1.1. inzibati vəzifələrin ali təsnifatı:

11.1.1.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri;

11.1.1.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmənin rəhbəri;

11.1.1.3. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərləri;

11.1.1.4. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatının rəhbəri;

11.1.1.5. Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri;

11.1.1.6. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının rəhbəri və Azərbaycan Respublikası Ali Məhkəməsi Aparatının rəhbəri;

11.1.2. inzibati vəzifələrin birinci təsnifatı:

11.1.2.1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.2. Azərbaycan Respublikası Prezidentinin köməkçisi;

11.1.2.3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.4. Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;

11.1.2.5. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi;

11.1.2.6. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi;

11.1.2.7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin fəaliyyətini təmin edən struktur bölmə rəhbərinin müavini;

11.1.2.8. Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi;

11.1.2.9. Azərbaycan Respublikası vitse-prezidentinin köməkçisi;

11.1.2.10. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin müavinləri;

11.1.2.11. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.2.12. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini;

11.1.2.13. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini;

11.1.2.14. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatı rəhbərinin müavini və həmin orqanın Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.15. Azərbaycan Respublikası Milli Məclisi Aparatı rəhbərinin müavini və Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatları rəhbərlərinin müavinləri, habelə həmin dövlət orqanlarının aparatlarında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbəri;

11.1.2.17. 1-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;

11.1.3. inzibati vəzifələrin ikinci təsnifatı:

11.1.3.1. Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin köməkçisi;

11.1.3.2. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda struktur bölmə (şöbə) rəhbəri və onun müavini;

11.1.3.3. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanın Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.3.4. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.3.5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavini;

11.1.3.6. 1-ci kateqoriya dövlət orqanlarının aparatları rəhbərlərinin müavinləri və həmin orqanların aparatlarında struktur bölmə (şöbə) rəhbəri;

11.1.3.7. Azərbaycan Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

11.1.3.8. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müşaviri, köməkçisi;

11.1.3.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi sədrlərinin müşavirləri, köməkçiləri;

11.1.3.10. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri;

11.1.3.11. Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müşaviri, köməkçisi;

11.1.3.12. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərləri;

11.1.3.13. Azərbaycan Respublikasının xarici ölkədə ticarət nümayəndəsi;

11.1.3.14. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

11.1.4. inzibati vəzifələrin üçüncü təsnifatı:

11.1.4.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında mütəxəssis;

11.1.4.2. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyində mütəxəssis;

11.1.4.3. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyində mütəxəssis;

11.1.4.4. Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlarda mütəxəssis;

11.1.4.5. Azərbaycan dövlətinin başçısının icra səlahiyyətlərini həyata keçirən orqanda mütəxəssis;

11.1.4.6. Azərbaycan Respublikası Baş naziri müavininin köməkçisi;

11.1.4.7. Azərbaycan Respublikası Milli Məclisinin Aparatında mütəxəssis;

11.1.4.8. Azərbaycan Respublikası Milli Məclisi sədri müavininin köməkçisi;

11.1.4.9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin aparatlarında mütəxəssis;

11.1.4.10. 1-ci kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbərinin müavini;

11.1.4.11. 2-ci kateqoriya dövlət orqanları aparatlarının rəhbərləri və onların müavinləri;

11.1.4.12. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanları aparatları rəhbərlərinin müavinləri və həmin dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri;

11.1.4.13. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən   vəzifəyə təyin və vəzifədən azad edilən rəhbərlərinin müavinləri;

11.1.4.14. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri (bu Qanunun 11.1.3.12-ci maddəsi nəzərə alınmaqla);

11.1.4.15. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin və Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşavirləri, köməkçiləri;

11.1.5. inzibati vəzifələrin dördüncü təsnifatı:

11.1.5.1. 1-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;

11.1.5.2. 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;

11.1.5.3. Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyi rəhbərinin müavini;

11.1.5.4. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müavinləri (bu Qanunun  11.1.4.13-cü maddəsi nəzərə alınmaqla);

11.1.5.5. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri aparatlarının rəhbərləri və onların müavinləri;

11.1.5.6. Naxçıvan Muxtar Respublikasında 2-ci kateqoriya dövlət orqanlarının aparatlarında struktur bölmə (şöbə) rəhbərinin müavini;

11.1.5.7. müvafiq icra hakimiyyəti orqanları rəhbərlərinin müşavirləri, köməkçiləri;

11.1.5.8. Azərbaycan Respublikası Audiovizual Şurası sədrinin köməkçisi;

11.1.5.9. Naxçıvan Muxtar Respublikası Baş nazirinin müşaviri, köməkçisi;

11.1.5.10. Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) regional mərkəzinin rəhbəri və onun müavini;

11.1.5.11. müvafiq icra hakimiyyəti orqanı rəhbərinin müavini;

11.1.6. inzibati vəzifələrin beşinci təsnifatı:

11.1.6.1. 2-ci kateqoriya dövlət orqanlarında mütəxəssis;

11.1.6.2. müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan, rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət agentlikləri və dövlət xidmətləri rəhbərlərinin müşavirləri, köməkçiləri;

11.1.6.3. Naxçıvan Muxtar Respublikasında 3-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanları aparatlarının rəhbərləri;

11.1.6.4. 3-cü kateqoriya dövlət orqanlarında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;

11.1.6.5. 4-cü kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərləri;

11.1.7. inzibati vəzifələrin altıncı təsnifatı:

11.1.7.1. 3-cü kateqoriya dövlət orqanlarında mütəxəssis;

11.1.7.2. 4-cü kateqoriya müvafiq icra hakimiyyəti orqanının Aparatında struktur bölmə (şöbə) rəhbəri və onun müavini;

11.1.7.3. 4-cü kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;

11.1.7.4. 5-ci kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri və onların müavinləri;

11.1.8. inzibati vəzifələrin yeddinci təsnifatı:

11.1.8.1. 4-cü və 5-ci kateqoriya dövlət orqanlarının - müvafiq icra hakimiyyəti orqanının, müvafiq icra hakimiyyəti orqanlarının yerli bölmələrinin, müvafiq icra hakimiyyəti orqanları yanında, tabeliyində olan orqanların, rayon (şəhər) məhkəmələrinin, rayon (şəhər) prokurorluqlarının və hərbi prokurorluqlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan orqanların, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin, onların yanında, tabeliyində olan orqanların yerli bölmələrində mütəxəssis;

11.1.8.2. müvafiq icra hakimiyyəti orqanları yanında olan orqanların rəhbərləri, onların müavinləri və həmin orqanlarda mütəxəssis, müvafiq icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri və sahə inzibati ərazi dairələri nümayəndələri, onların müavinləri və mütəxəssislər.

11.2. Yardımçı vəzifələrin aşağıdakı təsnifatları vardır:

11.2.1. yardımçı vəzifələrin birinci təsnifatı - ali kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.2. yardımçı vəzifələrin ikinci təsnifatı - 1-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.3. yardımçı vəzifələrin üçüncü təsnifatı - 2-ci və 3-cü kateqoriya dövlət orqanlarında texniki vəzifələr;

11.2.4. yardımçı vəzifələrin dördüncü təsnifatı - 4-cü və 5-ci kateqoriya dövlət orqanlarında texniki vəzifələr.

11.3. Dövlət orqanları aparatlarının və digər struktur qurumlarının adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2024-cü il

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AFFA İntizam Komitəsi 4 klubu cərimələyib

12:46
30 Oktyabr

Qazaxıstanın tikinti şirkətləri Azərbaycandakı layihələrdə investor kimi iştirak etməkdə maraqlıdır  

12:44
30 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

12:42
30 Oktyabr

Türkiyədə bələdiyyə sədri terror təşkilatı ilə əlaqədə olmaqda şübhəli bilinərək saxlanılıb

12:22
30 Oktyabr

Badamdarda uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi tədbirləri davam etdirilir

12:21
30 Oktyabr

Vətən müharibəsi əlilinin əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb

12:11
30 Oktyabr

Səbinə Əliyeva: Əqli mülkiyyət hüquqlarının qorunması bir sıra fundamental hüquqların təmininə də imkan yaradır  

11:42
30 Oktyabr

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib: 147 milyon manat pul ölkəyə qaytarılmayıb  

11:41
30 Oktyabr

ANAMA-ya üç minaaxtaran it hədiyyə edilib

11:39
30 Oktyabr

Sadiq Qurbanov: İqlim dəyişikliyinə qarşı mübarizə tədbirlərində alimlərin rolunun artırılması vacibdir

11:37
30 Oktyabr

Prezident İlham Əliyev Bakının Nəsimi rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub - YENİLƏNIB

11:37
30 Oktyabr

Hikmət Hacıyev: “Washington Post” SSRİ-nin son günlərindəki “Komsomolskaya Pravda”nı xatırladır

11:36
30 Oktyabr

Kamran İmanov: COP29-un Bakıda keçirilməsi qərarı Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir

11:16
30 Oktyabr

Yaponiyada qızılın qiyməti tarixi maksimuma yüksəlib

10:58
30 Oktyabr

“Əqli mülkiyyət və innovasiyalar yaşıl gələcək naminə (COP29-a doğru)” mövzusunda dəyirmi masa keçirilir YENİLƏNƏCƏK

10:55
30 Oktyabr

Avropa İttifaqı ölkələrinin əksəriyyəti sərhəd nəzarətini gücləndirir

10:50
30 Oktyabr

Yaşıl patentlərin sayı 2024-cü ilin 9 ayında 30-a çatdırılıb

10:30
30 Oktyabr

Kamran İmanov: Məqsədimiz innovasiyaların yaşıl gələcəkdəki rolunu göstərməkdir

10:29
30 Oktyabr

I Qarabağ müharibəsinin daha yeddi itkin şəhidi dəfn ediləcək - SİYAHI

10:22
30 Oktyabr

Azərbaycan neftinin qiyməti 72 dollardan aşağı düşüb

10:11
30 Oktyabr

DİN: Ötən gün 43 cinayətin üstünün açılması təmin olunub

09:34
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!