28 Oktyabr 2024 12:58
99
CƏMİYYƏT
A- A+
Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində su təsərrüfatı qurulur

Cəbrayıl, Zəngilan, Füzuli şəhərlərində su təsərrüfatı qurulur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Qarabağda su təsərrüfatı sahəsində irimiqyaslı işlər həyata keçirir. Sakinlərin keyfiyyətli, dayanıqlı içməli su ilə təmin olunması üçün təxirəsalınmaz bərpa və tikinti işləri aparılır.

ADSEA-dan AZƏRTAC-a bildirilib ki, qurumun sifarişi ilə icra olunan Cəbrayıl şəhərinin xarici su təchizatı və kanalizasiya sistemlərinin tikintisi layihəsi 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla 15 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Cəbrayıl şəhərində 2023-cü ildə 1 ədəd geoloji kəşfiyyat quyusu qazılıb. Seçilmiş mənbənin məhsuldarlığı və suyun keyfiyyət göstəriciləri şəhəri və ətraf kəndləri içməli su ilə təmin etməyə imkan verir.

Cəbrayıl şəhərinin şimalında ümumilikdə 9 subartezian quyusunun qazılması layihələndirilib və artıq bu istiqamətdə işlərə başlanılıb. İlkin mərhələdə 3 quyu qazılacaq. Cəbrayıl şəhər ərazisində 3 ədəd artezian quyusunun birinci mərhələsində qazıntı işləri nəzərdə tutulub. Məhsuldarlığı saniyədə 12 litr olan quyulardan biri, 6 saylı Subartezian quyusunun idarəetmə otağı istifadəyə verilib. Şəhərdə məskunlaşacaq əhalinin sayı artdıqca yeni quyuların qazılması təmin ediləcək.

Qarabağ Regional Sukanal İdarəsinin rəis müavini Oqtay Həziyevin məlumatına görə, ərazidə hər birinin tutumu 1000 kubmetr olan 2 anbar tikilir. 1-ci anbar test sınağından keçirilərək istismara verilib. Şəhərin çıxışından 600 diametrlik boru ilə 5300 metr məsafədə kanalizasiya xətti çəkilib.

2-ci anbarın 1000 kubmetr hissəsinin dəmir-beton işləri yekunlaşıb, izolyasiya işləri davam edir. Siyirtmə kamerasında və gözətçi otağında da işlər tamamlanıb. 280 diametrlik boru ilə 1177 metr şəhərin giriş nöqtəsinə qədər olan magistral xətt də tam hazırdır.

Müasir standartlara cavab verən modul tipli tullantı sutəmizləyici qurğu avadanlığı quraşdırılıb. Görülən işlər zəmanət verir ki, Cəbrayıla köçürülən sakinlər fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunsunlar.

Böyük qayıdış planı istiqamətində Zəngilan şəhərində 2020-ci il oktyabr ayından etibarən sakinlərin məskunlaşdığı ərazilərdə idarə və təşkilatlar, mənzillər, fərdi yaşayış evləri 24 saat su ilə təmin olunur.

ADSEA Qarabağ Regional Su İdarəsinin Zəngilan Sukanal sahəsinin sahə rəisi Rəşad Sadıqlının sözlərinə görə, 2024-cü il Dövlət layihəsinə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən Zəngilan şəhərinə fasiləsiz və dayanıqlı suyun verilməsi məqsədilə hər birinin tutumu 4000 kubmetr olmaqla 2 ədəd su anbarı inşa olunmaqdadır. Hazırda dəmir-beton işləri icra olunur.

Bundan əlavə, hər birinin tutumu 100 kubmetr olmaqla 2 ədəd su anbarı tikiləcək. Layihəyə əsasən yağış sularının idarə olunması üçün icrası nəzərdə tutulmuş 1 kilometr yağış su xətti də çəkiləcək.

Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın inşası nəzərdə tutulub. Layihə çərçivəsində 9 kilometrlik məsafədən çəkilən çirkab su kollektor xəttinin tikintisi yekunlaşmaq üzrədir. İşlərin artıq 83 faizi tamamlanıb. Layihəyə uyğun olaraq 2046 metr magistral su xəttindən 1352 metri və artezianlararası 1837 metr su xəttindən 1143 metri inşa olunub.

Eyni məzmunlu işlər Füzuli şəhərində də aparılır. Hazırda Füzuli şəhərində 648 ailə məskunlaşır. Əhalinin, eləcə də dövlət və özəl sektora aid binaların və obyektlərin içməli su ilə təmin edilməsi məqsədilə layihələr həyata keçirilir.

Şəhəri içməli su ilə təmin etmək üçün hər birinin tutumu 8500 kubmetr olan 2 ədəd və hər birinin tutumu 2500 kubmetr olan 2 ədəd su anbarı inşa edilir. Hazırda anbarların idarəetmə və gözətçi otaqlarının tikinti-quraşdırma işləri yekunlaşıb. Abadlıq işləri aparılır.

Füzuli Sukanal sahəsinin rəisi Vüqar Sərkərli bildirib ki, mövcud olan Gövşad kəndindəki mənbədən müvəqqəti olaraq 100 kubmetrlik anbara su vurulur və oradan Füzuli şəhərinə su verilir. Vüqar Sərkərli onu da qeyd etdi ki, şəhər 24 saatlıq dayanıqlı içməli su ilə təmin olunur.

Tikilən 17 min kubmetrlik anbar və 2500 kubmetrlik anbarda da işlər yekunlaşmaq üzrədir. Layihə çərçivəsində Füzuli şəhərində 10330 metr magistral su xətti, 5807 metr artezianlar və anbarlararası su xətti, 1 ədəd tullantı su təmizləyici qurğu, 1816 metrlik kanalizasiya kollektoru inşa olunub. Bundan əlavə 15 ədəd subartezian quyusunun qazıntı işləri artıq yekunlaşıb.

Füzuli şəhər sakini Sahib Novruzov da sakinlərin fasiləsiz su ilə təmin olunduğunu qeyd edib. O bildirib ki, sakinlər suyun verilişindən və istifadəsindən heç bir narahatlığın və narazılığın olmadığını vurğulayırlar.

Gələcək perspektivi nəzərə alaraq əminliklə demək olar ki, Füzuli şəhərinin sakinləri su təminatında heç bir problem yaşamayacaqlar. Hər bir sakin keyfiyyətli içməli su ilə təmin olunacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Qarabağın içməli su təchizatının bərpasını illərdir yolunu gözlədiyimiz torpaqlarımızda qətiyyətlə və müntəzəm icra edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT Ukraynaya görə toplanır

16:03
28 Oktyabr

ANAMA: Ötən həftə1157 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

15:51
28 Oktyabr

Özbəkistanda parlament seçkilərinin ilkin nəticələri açıqlanıb

15:50
28 Oktyabr

Ukraynadan açıqlama: seçkilər ancaq bu halda keçirilə bilər

15:45
28 Oktyabr

Sosial demokratlar qalib gəldilər

15:34
28 Oktyabr

Tramp seçilsə, baş nazirə "müharibə" elan edəcək

15:32
28 Oktyabr

Pakistanın İslamabad şəhərində PreCOP29 Dialoqu keçirilir

15:30
28 Oktyabr

Saymon Stil: COP29 iqlim maliyyələşdirilməsi üzrə konkret nəticələr əldə olunmasını təmin etməlidir

15:29
28 Oktyabr

“Azərişıq” paytaxtda və regionlarda enerji doldurma məntəqələri quraşdırır

15:12
28 Oktyabr

Respublikanın bəzi çaylarında sululuq artıb

15:11
28 Oktyabr

Narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

15:10
28 Oktyabr

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

15:00
28 Oktyabr

Hərbi Prokurorluq və Daxili Qoşunlar birgə tədbir keçiriblər

14:55
28 Oktyabr

Agentlik: COP29-la bağlı ölkəmizə gələcək qonaqlar üçün 25 tur proqramı hazırlanaraq aidiyyəti üzrə təqdim olunub

14:53
28 Oktyabr

ABŞ nümayəndə heyətinə Azərbaycandakı tolerantlıq ənənələri barədə məlumat verilib

14:51
28 Oktyabr

Dövlət sərhədini qanunsuz olaraq keçmək cəhdinin qarşısı alınıb

14:45
28 Oktyabr

Saymon Stil: Milli iqlim planları qlobal istiləşmənin verdiyi zərərin qarşısını almaqda son dərəcədə yetərsizdir  

14:36
28 Oktyabr

Sabah hava əsasən yağmursuz olacaq

14:18
28 Oktyabr

Günün birinci yarısında Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib  

14:14
28 Oktyabr

Leysan yağışlarla əlaqədar su basmış ərazilərə FHN-in qüvvələri cəlb olunub

14:02
28 Oktyabr

Gələn ay 2024-cü ilin ən güclü maqnit qasırğaları gözlənilir

13:52
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!