29 Oktyabr 2024 12:02
230
COP29
A- A+
CAR Universitetinin professoru: COP29 ətraf mühiti çirkləndirənlərə qarşı qətiyyətli mövqe nümayiş etdirə bilər

CAR Universitetinin professoru: COP29 ətraf mühiti çirkləndirənlərə qarşı qətiyyətli mövqe nümayiş etdirə bilər

İki həftədən sonra Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) işə başlayacaq. İllik iqlim forumu dövlətlərin və korporasiyaların istixana qazı emissiyalarına görə məsuliyyət daşımasına diqqət yetirəcək. Beynəlxalq ictimaiyyət əsas istixana qazı emissiyalarına səbəb olanları məsuliyyətə cəlb edən möhkəm mexanizmlər yaratmalıdır. Bu, yüksək emissiya edən ölkələrin və korporasiyaların məcburi maliyyə töhfələrini əhatə edir. Onlar həssas icmalarda iqlim dəyişikliyinin azaldılması və uyğunlaşma səylərini maliyyələşdirəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə Cənubi Afrika Universitetinin ekologiya elmləri professoru Llevelin Leonardın Britaniyanın “The Conversation” layihəsinin platformasında dərc olunmuş “Çirkləndiricilər cərimə ödəməlidirlər: COP29 bunu necə reallaşdıra bilər?” sərlövhəli analitik məqaləsində deyilir.

Məqalə müəllifinin sözlərinə görə, “çirkləndirən ödəyir” prinsipi uzun illərdir ki, iqlim müzakirələrinin əsas hissəsi olub. İnsan sağlamlığına və ətraf mühitə dəyən zərərin qarşısını almaq üçün baiskarlar atmosferin çirklənməsinin idarə edilməsi xərclərini öz üzərinə götürməlidir.

Professor əlavə edib: “Bu prinsip nəzəri cəhətdən geniş şəkildə qəbul edilsə də, ardıcıl olaraq praktikada tətbiq olunmayıb. Ən böyük çirkləndiricilərin bir çoxu vurduqları zərərə görə çox az və ya heç bir maliyyə nəticəsi olmadan fəaliyyətlərini davam etdirirlər. Bir çox dövlətlər, xüsusən də inkişaf etməkdə olan ölkələr qlobal emissiyalara ən az cavabdeh olmasına baxmayaraq, iqlim dəyişikliyinə uyğunlaşmaq və onun təsirini azaltmaq xərclərini öz üzərinə götürməli olublar.

COP29 qlobal istiləşməni məhdudlaşdırmaq üçün lazım olan radikal emissiyaların azaldılmasına nail olmaq məqsədilə daha çox siyasi iradə və öhdəlik nümayiş etdirməli olacaq.

Müəllif daha sonra qeyd edib: “2050-ci ilədək bütün istixana qazları emissiyalarının dayandırılmaması Afrika qitəsinə hər il 50 milyard ABŞ dollarına başa gələ bilər. Bunun, həmçinin 2030-2050-ci illər arasında dünya üzrə hər il təxminən 250.000 ölümə səbəb olacağı gözlənilir. Afrika iqlim fəsadlarından çox əziyyət çəkəcək.

Cənubi Afrikada qazıntı yanacağının səbəb olduğu çirklənməni və onun icmalara təsirini tədqiq edən ekologiya elmləri professoru kimi inanıram ki, COP29 çirkləndiriciləri emissiyalara görə məsuliyyət daşıyan tədbirləri güclü şəkildə təşviq edə bilər”.

Professor bildirir ki, atmosferi çirkləndirənlərə vergi qoyulması, onları keçmiş çirklənməyə görə də pul ödəməyə məcbur etmək və məhkəmələrin iqlimə dəymiş ziyana görə kompensasiya verməsi barədə hökm çıxarması COP29 iştirakçılarının razılaşmalı olduğu tədbirlərdən bəziləridir. O yazır: “COP29 korporasiyaları və ölkələri emissiyalarına görə məsuliyyətə cəlb etmək üçün başqa, bəlkə də sonuncu fürsəti təmsil edir. Bu, iqlim ədalətinə nail olmaq və temperatur artımını azaltmaq istiqamətində mühüm addımdır. COP29 emissiya hədəflərini yerinə yetirə bilməyən əsas çirkləndiricilər üçün məcburi cərimələr tətbiq etməlidir”.

Qeyd edək ki, məqalə qazıntı yanacağına subsidiyalara son; iqlim maliyyəsi üçün məcburi hesabatlılıq mexanizmləri; mənbədə karbon qiymətləri və emissiyaların vergiyə cəlb edilməsi; iqlimə dəymiş ziyana görə hüquqi məsuliyyət; maliyyə şəffaflığı qaydaları; tarixi emissiyalara görə məsuliyyət yarımbaşlıqlara bölünür.

Müəllif yekunda yazır: “COP29-un uğuru hökumətlərin və korporasiyaların ədalət, bərabərlik və şəffaflıq prinsiplərini qəbul etmək üçün kollektiv iradəsindən asılı olacaq. Bu, iqlim dəyişikliyi ilə mübarizənin yükünün yalnız Afrika ölkələri kimi ən az məsuliyyət daşıyan ölkələrin çiyinlərinə düşməməsini təmin edir”.

Məqalənin orijinal mətnini https://theconversation.com/polluters-must-pay-how-cop29-can-make-this-a-reality-240713 linki vasitəsilə oxuya bilərsiniz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

15:15
31 Oktyabr

Çində yanğın nəticəsində 20-dən çox insan xəsarət alıb

15:12
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

14:59
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:54
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

14:51
31 Oktyabr

Qazaxıstan COP29-da ilk dəfə öz pavilyonunu təqdim edəcək

14:48
31 Oktyabr

Naftalana gələn xarici turistlər arasında Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

14:45
31 Oktyabr

COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yeni məhsullara üstünlük veriləcək  

14:36
31 Oktyabr

Azərbaycanın gənc boksçuları dünya birinciliyində yeni rekorda imza atıblar  

14:33
31 Oktyabr

Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub YENİLƏNİB

14:32
31 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:27
31 Oktyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

14:26
31 Oktyabr

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!