16 May 2024 08:10
383
SİYASƏT
A- A+
Azərbaycanın Zəfəri Minsk qrupunu da tarixə qovuşdurdu

Azərbaycanın Zəfəri Minsk qrupunu da tarixə qovuşdurdu

 

28 ildə missiyasını yerinə yetirməyən və məşğul ola biləcəyi hər hansı məsələ qalmayan ATƏT-in bu təsisatı hüquqi baxımdan da ləğv edilməlidir

 

"...ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür".
Prezident İlham Əliyevin mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman vurğuladığı kimi, Azərbaycanın qazandığı ardıcıl zəfərlər iki ölkə arasında münaqişəyə də son qoyub. Bununla bölgədə tamamilə yeni reallıqlar yaranıb və dayanıqlı sülhə yol açılıb.
Xüsusilə 2024-cü ildə iki ölkə arasında dayanıqlı sülhə nail olunması istiqamətində ardıcıl addımlar atılması, birbaşa dialoqların aparılması, sərhədlərin delimitasiya və demarkasiyasına başlanması, 4 qeyri-anklav kəndin azad edilməsi də bu istiqamətdə mühüm irəliləyişlərdən xəbər verir. Bütün bu sadalananların fonunda o da aydın görünür ki, ATƏT-in onsuz da yarandığı gündən etibarən ölü fəaliyyət göstərən Minsk qrupuna və onunla əlaqədar olan təsisatlara artıq heç bir ehtiyac yoxdur və ləğvinin tam zamanıdır. 

 

Tərəfkeşlik, xain təşəbbüslər

 

Düz 28 illik böyük bir zaman dilimində məhz ATƏT-in Minsk qrupunun, sözün əsl mənasında, erməni təəssübkeşliyinin nəticəsində iki ölkə arasında münaqişənin həll edilməsi üçün irəliyə doğru bir addım belə atılmayıb. Əksinə, vəziyyətin olduğu kimi qalması, Azərbaycanın torpaqlarının işğalı ilə barışması üçün həmsədr ölkələr xeyli səy göstəriblər. Münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunması ilə bağlı mandat almış bu qrupu ötən müddətdə nə torpaqlarımızın işğal altında olması, nə bir milyondan çox azərbaycanlının qaçqın və didərgin halda yaşaması maraqlandırmayıb.  Həmsədrlər sadəcə öz işlərini bölgəyə, Azərbaycana turist səfərləri etməklə bitmiş hesab ediblər. Münaqişəni ədalətli yolla həll etmək əvəzinə, tərəf tutublar və onu Ermənistanın xeyrinə olaraq əbədiyyətə qədər dondurmağa təşəbbüslər göstəriblər.
ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdiyi zaman dövlət başçısı məhz bu məqamın altını cızaraq söylədi ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir: "Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərmişdir".

 

"Siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz?"

 

Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dünya güclərinə qarşı milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi sayəsində ikili standartlar nümayiş etdirən ölkə və qurumlar, o cümlədən Minsk qrupunun Azərbaycanla bağlı məkrli planları baş tutmadı. Bakı siyasi qətiyyəti ilə Vətən müharibəsinə qədərki dövrdə də bütün beynəlxalq platformalarda ölkəmizin haqq işini müdafiə etdi, dövlət başçıları səviyyəsində bütün dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman Ermənistanın işğalı ilə barışmayacaq və nəyin bahasına olursa olsun, tarixi ədaləti bərpa edəcək. 
2020-ci il Vətən müharibəsində, eləcə də antiterror əməliyyatları zamanı Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək işğala son qoydu. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi də tarixdə qaldı.
Göründüyü kimi, ölkəmiz Minsk qrupunun üç onillik ərzində həll edə bilmədiyi münaqişəyə hərb meydanında son qoydu. 
O da faktdır ki, əgər bu qurum öz mandatına uyğun fəaliyyət göstərmiş olsaydı, nə 44 günlük müharibəyə, nə də 23 saatlıq antiterror tədbirlərinə lüzum olacaqdı. 
Bütün bunlara görə də üzərinə götürdüyü missiyanı yerinə yetirməyən Minsk qrupunun fəaliyyətinə də de-fakto son qoyuldu, ikilistandartlı təsisatın bölgədə həll edəcəyi hər hansı münaqişə, problem qalmadı. 
Hər kəs yaxşı xatırlayır ki, Minsk qrupunun qeyri-müəyyən vəziyyətini hələ Vətən müharibəsindən dərhal sonra qrupun həmsədrlərinin Bakıya səfəri zamanı İlham Əliyev onların özlərinə çatdırmış və ritorik sual da ünvanlamışdı: "Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri ilə müxtəlif beynəlxalq tədbirlərdə görüşmüşdür və biz deyirdik ki, siz bizə deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz? Dağlıq Qarabağ münaqişəsi həll olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi bildirək. Bir ildən çox müddətdə bu məsələ ilə bağlı bizə hər hansı bir təklif verilməmişdir. İndiki şəraitdə isə Minsk qrupu, onun həmsədrlər formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir".

 

Bölgədə münaqişə ssenarisi iflasa məhkumdur

 

Ölkəmizin ədaləti güc yolu ilə təmin etməsi, Cənubi Qafqazda münaqişələrdən uzaq yeni bir dövr açıb və sülh üçün əlverişli şərait formalaşdırıb.   
Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin və bu prosesin əsasını təşkil edən fundamental prinsiplərin təşəbbüskarı məhz ölkəmiz olub və sülh müqaviləsinin mətni də Azərbaycan tərəfindən hazırlanaraq müzakirəyə təqdim edilib. Hazırda sülh gündəliyinin irəliyə aparılması üçün Azərbaycan ilə Ermənistan arasında danışıqlar prosesi davam etdirilir. 
Lakin Cənubi Qafqazda hadisələrin normallaşma istiqamətində cərəyan etməsi, bəzi Qərb təsisat və ölkələrini qane etmir, xüsusilə də ABŞ və Fransanı. Hansı ki adıçəkilən ölkələr elə həm də ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçi ölkə olaraq da daim ölkəmizə qarşı qərəzli mövqe sərgiləyiblər. 
Buna görə də vaxtaşırı bu ölü qurumun yenidən dirildilməsi ilə bağlı təşəbbüslər göstərməyə çalışırlar. Lakin bütün bu məkrli cəhdlər əbəsdir. Azərbaycan regionu təhlükəyə, münaqişəyə sürükləyəcək hər hansı addıma qətiyyən imkan verməyəcək. 
Azərbaycanın Zəfəri Minsk qrupunu da tarixə qovuşdurdu. 28 ildə missiyasını yerinə yetirməyən və məşğul ola biləcəyi hər hansı məsələ qalmayan ATƏT-in bu təsisatı hüquqi baxımdan da ləğv edilməlidir.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

00:55
01 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan FMV-nin (geyimlərin) satın alınması məqsədilə müsabiqə elan edir

00:54
01 Noyabr

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

22:54
31 Oktyabr

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

22:52
31 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

22:50
31 Oktyabr

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

22:49
31 Oktyabr

Noyabrın 1-dən COP29 zolaqlarına daxil olmaq qadağandır

22:48
31 Oktyabr

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

22:46
31 Oktyabr

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib  

22:31
31 Oktyabr

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub

22:28
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

21:42
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

21:09
31 Oktyabr

Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək  

20:19
31 Oktyabr

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

20:13
31 Oktyabr

İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə

20:03
31 Oktyabr

Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

19:57
31 Oktyabr

XİN: Fransa bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirdi  

19:57
31 Oktyabr

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib

19:17
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!