15 Oktyabr 2026 16:02
586
SİYASƏT
A- A+
Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  

Azərbaycan və Laosun mina probelmi ilə mübarizədə təcrübə mübadiləsi üçün imkanlar yaranıb  


Laos Prezidentinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişaf gündəliyini yenidən aktuallaşdırdı. Azərbaycanla Laos arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır. Diplomatik əlaqələrin 30 ildən artıq tarixə malik olması, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək və parlamentlərarası təmaslar ikitərəfli münasibətlərin siyasi təməlini möhkəmləndirib. Azərbaycan–Laos münasibətlərinin diqqətçəkən tərəfi siyasi əlaqələrin iqtisadi əməkdaşlığın hazırkı səviyyəsindən daha yüksək olmasıdır. Prezident İlham Əliyev bu məsələyə toxunaraq bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin potensialını da əks etdirmir.

Bu yanaşma iqtisadi münasibətlərin genişləndirilməsinə ehtiyac olduğunu göstərir. Biznes forumlarının keçirilməsi, sahibkarlar arasında birbaşa əlaqələrin yaradılması və investisiya layihələrinin qarşılıqlı təqdimatı əməkdaşlığın inkişafı üçün mühüm vasitələrdir. Bakıda keçirilən biznes forumda da gələcək perspektivlərlə bağlı səmərəli müzakirələr aparıldı. 

Azərbaycanın xarici ölkələrə investisiya yatırmaq təcrübəsi Laos üçün yeni istehsal sahələrinin yaradılması, iqtisadiyyatın şaxələndirilməsi baxımından imkanlar yaradır. 

Laos Prezidenti Thonqlun Sisulit də bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. O, gələcəkdə Azərbaycan şirkətlərinin Laos iqtisadiyyatına daha çox investisiya yatıracağına, ticarət və turizm əlaqələrinin artacağına ümid etdiyini vurğulayıb. Bu mövqe iqtisadi münasibətlərin inkişafı üçün hər iki tərəfdə siyasi iradənin olduğunu göstərir.

İkitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri nəqliyyat və logistika sahəsidir. Azərbaycanın Şərqlə Qərbi birləşdirən Trans-Xəzər marşrutundakı mövqeyi, müasir liman və dəmir yolu infrastrukturu ölkəyə beynəlxalq yükdaşımaların inkişafında rolunu artırır.

Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarını genişləndirməsi və Çin istiqamətində nəqliyyat imkanları iki ölkə arasında gələcək logistika əməkdaşlığı üçün zəmin yaradır. Prezident İlham Əliyev də bu məsələyə toxunaraq Laosun dəmir yolu layihələrinin gələcəkdə Trans-Xəzər nəqliyyat marşrutuna bağlana biləcəyini qeyd edib.

Prezidentlərin müzakirəsində minalarla mübarizə məsələsinin yer alması da xüsusi əhəmiyyət daşıyır. Hər iki ölkənin müharibələrin uzunmüddətli nəticələri ilə üzləşməsi bu sahədə təcrübə mübadiləsi üçün imkan yaradır. Mina təhlükəsi ilə mübarizə, mütəxəssislərin hazırlanması və müasir texnologiyaların tətbiqi üzrə əməkdaşlıq hər iki tərəfin marağındadır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!