16 Oktyabr 2026 18:51
804
SİYASƏT
A- A+
Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib  

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib  


Oktyabrın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Sammiti çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər üzrə dövlət naziri Humayun Kabir ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə AQEM-in VII Sammitinin uğurlu nəticələri məmnunluqla qeyd olunub, Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər Azərbaycan və Banqladeş arasında siyasi dialoqun və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, ikitərəfli əlaqələrin müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər. Diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə razılaşmanın əhəmiyyəti vurğulanıb. Enerji, təhsil, humanitar və digər sahələrdə əməkdaşlığın inkişafı, bu istiqamətlərdə mövcud imkanlardan səmərəli istifadə edilməsi və xalqlar arasında əlaqələrin gücləndirilməsi məsələlərinə toxunulub.

Görüş zamanı BMT çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb. Banqladeşin xarici işlər naziri olan BMT Baş Assambleyasının Prezidenti ilə keçirilmiş görüş məmnunluqla xatırlanıb, çoxtərəfli platformalarda birgə səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub. Həmçinin gələn il Azərbaycanın ev sahibliyi ilə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammiti və bu çərçivədə əməkdaşlıq imkanları müzakirə edilib.

Ceyhun Bayramov Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın, o cümlədən Parlament Şəbəkəsi və Gənclər Təşkilatının fəaliyyətinin əhəmiyyətini vurğulayıb, bu mexanizmlər vasitəsilə parlamentlərarası və gənclər arasında əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D.Tramp ABŞ-də neft hasilatını artırmaq üçün Müdafiə İstehsalı Aktını işə saldı

14:42
23 Oktyabr

Çində 7 bal gücündə zəlzələ baş verib: 16 nəfər həlak olub

14:35
23 Oktyabr

“Volvo” 2500 nəfəri işdən çıxarır 

14:30
23 Oktyabr

Qocalmaq ləngidilə bilərmi?

14:26
23 Oktyabr

Avropada istilər 50 mindən çox insanın həyatına son qoyub

14:23
23 Oktyabr

Ət iltihabı artıra bilərmi?

14:20
23 Oktyabr

İstanbulda “R4+E3” formatında vasitəçilik üzrə IX konfrans keçirilir

14:16
23 Oktyabr

Qubadlının işğaldan azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

14:12
23 Oktyabr

Qubadlının bərpası Şərqi Zəngəzurun iqtisadi potensialının inkişafına töhfə verir

14:00
23 Oktyabr

Sülh sazişi tarixi praktiki addımlarla reallaşa bilər  

13:57
23 Oktyabr

İtkin talelər həm də insanlıq sınağıdır

13:50
23 Oktyabr

Xarici işlər naziri: Azərbaycanda 500-ə yaxın hindistanlı tələbə təhsil alır 

13:42
23 Oktyabr

Azərbaycan idmanında növbəti tarixi hadisə: Bakıda FIFA U-15 dünya çempionatı başlayır

13:37
23 Oktyabr

İsmayıllıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası müzakirə olunub

13:33
23 Oktyabr

Nazir: Azərbaycanla Hindistan arasında ticarət dövriyyəsini artırmaq üçün böyük imkanlar var 

13:29
23 Oktyabr

İşğaldan azad edilmiş ərazilərin bərpa və quruculuq layihələrinə 26 milyard manata yaxın vəsait ayrılıb

13:22
23 Oktyabr

Azərbaycanın xarici işlər naziri: Hindistanla münasibətlərin bütün istiqamətləri üzrə müzakirələr faydalıdır 

13:17
23 Oktyabr

Dövlət Xidmətinin rəisi Şuşada vətəndaşların müraciətlərini dinləyib

13:12
23 Oktyabr

Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib YENİLƏNİB

13:04
23 Oktyabr

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu münasibətilə fləşmob təşkil olunub

12:55
23 Oktyabr

Sabah bəzi yerlərdə yağış yağacaq

12:50
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!