25 Noyabr 2025 09:15
6353
Oxucu məktubları
A- A+
"Aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görülmüşdür

"Aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görülmüşdür


Sizin Nizami Rayon İcra Hakimiyyətinə ünvanladığınız 17.10.2025-ci il tarixli məktubunuza tərəfimizdən baxılmışdır.

Qeyd olunan məsələ ilə əlaqədar bildiririk ki, 2024-cü ilin oktyabr ayında Nizami rayonu, C.Naxçıvanski küçəsi, "8-ci km bazarı" yerləşən ərazidə yaşayan sakinlərin çoxsaylı müraciətlərinə əsasən, uzun illər həmin küçəboyu yolun hər iki tərəfinin nəqliyyat və piyadaların hərəkəti üçün nəzərdə tutulan hissələrində qanunsuz olaraq quraşdırılmış piştaxtalar aidiyyəti qurumların iştirakı ilə götürülmüş və ümumilikdə ərazidə antisanitar vəziyyət aradan qaldırılmışdır. 

Bundan başqa, küçə boyunca sakinlərin və nəqliyyat vasitələrinin rahat gediş-gəlişi, həmçinin xüsusi təyinatlı nəqliyyat vasitələrinin də (təcili tibbi yardım, yanğınsöndürən və məişət tullantılarının daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin) maneəsiz hərəkəti təmin edilmiş, səkilərin və yaşıllıqların bərpası istiqamətində əlavə tədbirlər görülmüşdür. Nizami Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən C.Naxçıvanski küçəsi boyunca parklanma zonası təşkil edilmişdir.

Qeyd olunan ərazidə qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərin fəaliyyətlərinin davam etdirilməsi üçün yaxınlıqda mövcud olan bazarların rəhbərləri ilə görüşlər təşkil edilmiş və həmin bazarlarda onlar üçün müvafiq satış yerləri ayrılmışdır. Bundan başqa, həmin şəxslərin müraciətləri nəzərə alınaraq bazarlarda bir müddət heç bir ödəniş etmədən fəaliyyət göstərmələri üçün şərait yaradılmışdır.

"Azərbaycan" qəzetinin 17.10.2025-ci il tarixli sayında dərc edilmiş "Ticarət fəaliyyəti sanitar mədəniyyəti ilə uzlaşmalıdır" sərlövhəli məqalə ilə əlaqədar əraziyə təkrar baxış keçirilmiş, aidiyyəti qurumların iştirakı ilə müvafiq tədbirlər görülmüşdür. 

Həmçinin bildiririk ki, ərazidə yerləşən bazarların 24 saat fəaliyyət göstərməsi və insan axınının intensiv olması, eləcə də ərazidə fəaliyyət göstərən şəxslər tərəfindən sanitar qaydalara riayət edilməməsi məqalədə qeyd olunan halların yaranmasına səbəb olur. Buna baxmayaraq, aidiyyəti qurumlar digər ərazilərlə müqayisədə həmin ünvanda tullantıların toplanması və daşınması prosesini gün ərzində nəzərdə tutulan qrafikdən bir neçə dəfə artıq həyata keçirirlər. Ərazinin sanitar vəziyyətinin yoxlanılması və qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə tərəfimizdən müvafiq qurumlarla birgə mütəmadi olaraq monitorinqlər aparılır. Bundan əlavə, ərazi daimi olaraq kommunal xidmətlərin nəzarəti altındadır. 


İldırım MEHDİYEV,

rayon icra hakimiyyəti başçısının müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!