06 Oktyabr 2026 08:45
403
İQTİSADİYYAT
A- A+
Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər

Ağstafalılar ili uğurla başa vurmaq əzmindədirlər


İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Payız fəslidir. İsti yay günlərindən sonra artıq havalar bir qədər soyuyub. Qarşıdan isə qarlı qış gəlir. Belə bir vaxtda kənd adamları yetişdirdikləri kənd təsərrüfatı məhsullarını yığıb başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər. Respublikamızın digər rayonlarında olduğu kimi, Ağstafada da yetişdirilmiş məhsulun son yığımı aparılır. 

Keçən ili nailiyyətlərlə başa vuran rayon sakinləri çalışırlar ki, bu il də  uğurların sayını artırsınlar. Xüsusilə taxıl istehsalında fərqlənən ağstafalılar bu il göstəriciləri bir qədər də artırdılar. 8187,2 hektar sahədə taxıl yetişdirən rayon sakinləri 412,3 buğda sahəsinin hər hektarından 34 sentner, 3374,9 hektar arpa sahəsinin hər hektarından isə 28 sentner məhsul götürdülər ki, bu da əvvəlki illə müqayisədə xeyli çoxdur. 

Hazırda rayon sakinləri gələn ilin bol məhsulu üçün  bünovrə qoyurlar. Əkin sahələrində şumun aparılması üçün 90 ədədə yaxın texnika işləyir. Bu işdə ayrı-ayrı fermerlər xüsusilə fərqlənirlər. Məsələn, iri fermer təsərrüfatının sahibi olan Elxan Cürənli indiyədək 130 hektarda, Köçəsgər kənd sakinləri olan Gülbəniz Mehdiyeva 70 hektarda, Elmira İsmayılova isə 20 hektarda buğda əkmişdir. 

Rayonda kartof əkini də uğurla aparılmışdır. 552,5 hektar karof sahəsinin hər hektarından 306,8 sentner məhsul götürülmüşdür. Bundan başqa, 1592,3 hektar sahədə günəbaxan, 264,3 hektar sahədə qarğıdalı, 852,2 hektar sahədə tərəvəz və bostan bitkiləri əkilmişdir ki, bu sahədə də yüksək məhsuldarlıq əldə olunmuşdur. 

Rayonda meyvəçilik də uğurla inkişaf etdirilir. Hazırda Ağstafada 1640,9 hektar sahədə meyvə bağları mövcuddur. Keçən il olduğu kimi, bu il də bu bağlardan bol məhsul götürülmüşdür. İndiyədək bağlardan 6148,6 ton meyvə yığılmışdır. Yığım davam edir. Onu da qeyd edək ki, rayonda intensiv bağçılığa maraq xeyli artmışdır. Bir neçə il ərzində 11 çeşiddə intensiv meyvə bağı salınmışdır. Bu işdə fermer Nazim Əhmədov xüsusilə fərqlənmişdir. O, Aşağı Göycəli kəndində 6 hektar intensiv meyvə bağı salmışdır. Fermer Elfaq Mamayevin isə 1,49 hektar sahədə fındıq bağı var. 

Rayonda üzümçülük də sürətlə inkişaf etdirilir. Qeyd edək ki, hazırda rayonda 466,6 hektarda üzüm bağı mövcuddur. Keçən il hər hektardan 153 sentner məhsul toplayan bağbanlar cari ildə bu rəqəmi yeniləmək əzmindədirlər. Hazırda bağlarda üzüm yığımının qızğın çağıdır. Bağlardan ən çox üzüm götürən rayonun Poylu kəndindən Səməndər Vəliyevdir. Hazırda yığım sürətlə gedir. Bağbanlar çalışırlar ki, iqtisadi cəhətdən gəlirli olan üzüm istehsalında yüksək göstəriciyə nail olsunlar.


S.YUNİSOĞLU,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!