18:21 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ziyafət Əsgərov: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordu-xalq birliyimiz əbədidir
ANA SƏHİFƏ / PARLAMENT
20:15 22.10.2021

 

Oktyabrın 22-də Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin təşkilatçılığı ilə Vətən müharibəsində qazanılmış şanlı Zəfərin birinci ildönümünə həsr olunmuş konfrans keçirilib. Konfransda Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, komitənin üzvləri, Milli Məclis Aparatının əməkdaşları, dəvət olunmuş hərbçilər, KİV nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onlara Allahdan rəhmət dilənib.

Tədbirin Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü və tövsiyəsi ilə keçirildiyini diqqətə çatdıran Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, məqsəd 44 günlük Vətən müharibəsində bizim qalibiyyətimizin, Azərbaycanın böyük Zəfərinin əhəmiyyəti haqqında söhbət açmaq, fikirlərimizi bölüşmək, həmin günlərdə Ermənistan tərəfinin bütün humanitar qaydaları pozmasını və müvafiq beynəlxalq konvensiyalara zidd hərəkətlərini müzakirə etməkdir.

Qırx dörd günlük müharibədə qazanılan Qələbəyə aparan yoldan söz açan komitə sədri müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanda ordu quruculuğunun məhz ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını vurğulayıb. Qalibiyyətin təməl prinsiplərinin 1993-cü ildən etibarən öncə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu, sonra isə bu siyasi kursun Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Uzun illər aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmizdə müasir texnika ilə təchiz edilmiş, yüksək səviyyəli peşəkar hərbi kadrlara malik güclü Azərbaycan Ordusunun yarandığını bildirib. Vurğulayıb ki, 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 30 illik işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrası rəşadətli Azərbaycan Ordusunun nəyə qadir olduğunu, Azərbaycan dövlətinin gücünü və qüdrətini bütün dünyaya nümayiş etdirdi.

Sonra konfransda hərbçilərə söz verilib. Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Birinci və İkinci Qarabağ müharibələri dövrünü müqayisəli təhlil edib. Ordunun başında güclü liderin, qətiyyətli sərkərdənin olması vacibliyindən, bütün əməliyyatların vahid mərkəzdən idarə edilməsi zərurətindən söz açıb. Müstəqil Azərbaycanın milli ordusunun yaradılmasında ulu öndərin müstəsna xidmətlərini qeyd edib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev çox qısa müddətdə Azərbaycan Ordusunu inkişaf etdirərək dünyanın ən güclü 50 ordusu sırasına çatdırıb. Bildirib ki, hazırda “YAŞAT” Fondu və Heydər Əliyev Fondu şəhid və qazi ailələrinə, yaralıların müalicəsinə böyük diqqət yetirirlər.

Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı polkovnik Babək Ələkbərov iftixarla qeyd edib ki, İkinci Qarabağ müharibəsində Ali Baş Komandanın qarşıya qoyduğu vəzifələr yerinə yetirilib. Hər bir Azərbaycan əsgərinin, hər bir Azərbaycan sərhədçisinin arzusu – torpaqlarımızın işğaldan azad olunması və bayrağımızın o bölgələrdəki yüksəkliklərdə dalğalanması təmin edilib. O, yüksəksəviyyəli hərbi hazırlığın müharibədə köməyə gəldiyini bildirib, ordunun müasir texnika və silahlarla təchiz olunmasının əhəmiyyətini qeyd edib. Füzuli, Qubadlı, Zəngilan, Hadrut, Cəbrayıl, Şuşa uğrunda gedən döyüşlərdən söz açıb.

Konfransda Dövlət Sərhəd Xidmətinin Şəxsi heyət üzrə Baş idarənin rəisi Qinyaz Qaralov müharibə dövründə bu quruma verilmiş xüsusi tapşırıqlar barədə danışıb. Bir sıra əməliyyatlarda, o cümlədən düşmənin zenit-raket sistemlərinin aşkar edilərək sıradan çıxarılmasında sərhədçilərin xidmətlərini, həmçinin düşmənin 290 hərbi obyektini məhv etdiklərini qeyd edib. Vətənin ərazi bütövlüyü uğrunda, Zəfər naminə canlarından keçən igid sərhədçilərdən söz açıb. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə bağlı təbriklərini çatdırıb.

Vətən müharibəsi qazisi, xüsusi təyinatlı gizir Nicat Zalov ailədə vətənpərvər ruhda böyüdükləri üçün iki qardaş hərbçi olmağı seçdiklərini deyib. Aprel döyüşlərində və Vətən müharibəsində iştirakları barədə qeyri-adi epizodları yada salıb. “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş şəhid qardaşı Fəqan Zalovun döyüş yolundan söz açıb, Vətənin bütövlüyü uğrunda şəhadətə ucalmış həmkarlarından danışıb. Düşmən üzərinə əzmlə yürüdüklərini, mətanətlə vuruşduqlarını bildirib. Azərbaycan Prezidentinin Ordumuza, şəhid ailələrinə qayğısından, Milli Məclisin deputatlarının diqqət mərkəzində olmalarından razılığını ifadə edib.

Konfransda çıxış edən hərbçilərin hamısı Ali Baş Komandanın əmrinə hər an müntəzir olduqlarını, qalib ordunun əsgəri, zabiti olmaları ilə fəxr etdiklərini vurğulayıblar.

Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov, komitənin üzvləri Aqil Abbas, Elman Məmmədov, Arzu Nağıyev çıxış edərək Vətən müharibəsinin intellektual, hibrid müharibə olduğu, yalnız döyüş meydanında deyil, diplomatiya və informasiya sahələrində də müharibə getdiyi barədə fikirlərini bölüşüblər. Qələbənin qazanılmasında Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinin, yüksək intellektinin və sərkərdəlik məharətinin mühüm rol oynadığını vurğulayıblar. Çıxışlarda müharibə xronikası ətraflı təhlil olunub, erməni silahlı qüvvələrinin hərbi cinayətlərindən bəhs edilib. Azərbaycan əsgərinin vətənpərvərliyinin döyüşlərdə həlledici rol oynadığı qeyd olunub. Tədbir iştirakçıları şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıblar.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli konfransın yüksək səviyyədə keçdiyini qeyd edib. Azərbaycan Ordusunun Vətən müharibəsində nümayiş etdirdiyi ruh yüksəkliyinin, qətiyyətin və əzmkarlığın, yüksək mənəvi davranışın son illərdə dünya miqyasında baş verən heç bir müharibədə müşahidə edilmədiyini vurğulayıb. Qeyd edib ki, ordumuz kütləvi qırğınlara yol vermədi, mülki obyektlərə atəş açmadı. Hərbçilərimiz yüksək fiziki keyfiyyətlərlə yanaşı yüksək mənəvi keyfiyyətlərə də malikdirlər. Azərbaycan əsgəri və zabiti yüksək bilik daşıyıcısıdır, yüksək intellektə malik hərbçidir. Bu da Azərbaycan Ordusunun və xalqının uğurudur.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordu-xalq birliyimiz əbədidir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM