01 Sentyabr 2021 01:10
741
İQTİSADİYYAT
A- A+

Zərdabda əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində tədbirlər görülür

 

Zərdab şəhərində və kənd yaşayış məntəqələrində əhalinin fasiləsiz elektrik enerjisi ilə təminatı istiqamətində tədbirlər davam edir.

Rayon icra hakimiyyətindən bununla əlaqədar AZƏRTAC-a verilən məlumatda bildirilir ki, cari ildə Zərdab şəhərinin 20 Yanvar və S.Abdullayev küçələrində 700 metr məsafədə 0,4 kilovoltluq açıq naqilli hava xətləri yeni metal dayaqlar basdırılmaqla SİP kabel xətti ilə əvəz olunub. Çəlmə, Çallı, Pərvanlı, Qoruqbağı kəndlərinin ərazilərində 0,4 kilovoltluq hava xətlərinin 1,86 kilometrlik hissəsi özüdaşıyıcı izolyasiyalı xətlə yenidən qurularaq istifadəyə verilib. Rayonun Böyük Dəkkə, Qaravəlli kəndlərinin hər birinə 1 ədəd 160 kilovoltluq kompleks transformator məntəqəsi tikilib istismara verilib. Habelə, Qoruqbağı kəndi ərazisində vətəndaşların müraciəti nəzərə alınaraq 0,4 kilovoltluq açıq naqilli hava xəttinin 1450 metri dəyişdirilərək yenidən qurulub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video