08:28 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Zərdab rayon İHB-nin Zərdab şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi 2021-ci il üçün   açıq tender elan edir

ANA SƏHİFƏ / ELANLAR
00:13 20.06.2021

 

Tender 2 - LOT üzrə keçirilir:

LOT - 1: Yolların  əsaslı  təmiri işlərinin satın alınması.

LOT - 2: Şəhərin abadlaşdırılması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az  - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vastəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.  Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər LOT-lar üzrə müəyyən edilən məbləğdə (aşağıda göstərilən məbləğlər üzrə) iştirak haqqını  “ASAN ödəniş” sistemi ilə göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vastəsilə təqdim edə bilərlər. Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu   Zərdab şəhəri, R.Kərimov küçəsi, 46 (Əlaqələndirici şəxs: Mustafayeva Şölə Məmməd qızından, telefon: (02029) 6-60-37) ünvanından ala bilərlər .

İştirak haqqı hər LOT üzrə - 500 (beş yüz) manat.

İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidilər:

Adı: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/hesabı: AZ41NABZ01360100000000003944

S.W.I.F.T  CTREAZ22

Adı: Zərdab şəhər İƏD-si üzrə nümayəndəliyi

Hesablaşma hesabı: AZ44CTRE00000000000002511532

VÖEN:5300012761

Büdcə təsnifat kodu 142330

Büdcə səviyyə kodu 7y

 

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayışlar;

- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; 2020-ci il üzrə;

- Dövlət Vergi Xidməti tərəfindən  satınalma prosedurunun  başlanmasından əvvəlki 5 il müddətində  özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin  bağlanması üçün  ixtisas göstəricilərinin  yanlış göstərilməsi ilə əlaqədar  cinayətə məhkum olunmaması, yaxud onların  müvafiq peşə fəaliyyətləri ilə məşğul  olmasının  məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumatlar (məhkumluq barədə arayış);

- İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;19.06.2021-ci il tarixdən sonra alınmış bank arayışı  qəbul ediləcəkdir;

- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- Müvafiq sahə üzrə lisenziya;

- Tenderin Əsas şərtlər toplusunda göstərilən  bütün digər  sənədlər.

 

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır).

İddiaçılar tender ilə bağlı sualları Portal vastəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında”  Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 12.07.2021-ci il saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini  22.07.2021-ci il saat 17:00-a  qədər Portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri  23.07.2021-ci il saat 17:00-da  açılacaqdır. İddiaçılar açlışın nəticələri ilə Portal vastəsilə tanış ola bilərlər.

Qeyd: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

 

Tender komissiyası



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM