02 Sentyabr 2021 09:32
264
DÜNYA
A- A+

Zelenski ilə Bayden arasında görüşdə hansı məsələlər əsas müzakirə mövzusu olub?

 

Ağ Evdə ABŞ və Ukrayna prezidentləri Co Baydenlə Vlodimir Zelenski və nümayəndə heyətləri arasında görüş iki saat davam edib.

AZƏRTAC “Ukrayna 24” telekanalına istinadla xəbər verir ki, protokola əsasən görüşün 45 dəqiqə davam edəcəyi açıqlanıb.

Görüşdə iki ölkə arasında vacib sahələr üzrə strateji tərəfdaşlığın vacibliyi vurğulanıb. Co Bayden bildirib ki, ABŞ Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə inandırıcı şəkildə sadiq qalmaqdadır. “Ukraynanın Avroatlantik istəklərinə dəstəyimiz sarsılmaz olaraq qalır. ABŞ Ukraynanın demokratik islahatlara və Avropaya inteqrasiyaya nail olmağa doğru siyasətini də dəstəkləyir”, - deyə Bayden əlavə edib.

Bayden, həmçinin növbəti dəfə Ukraynaya səfər etmək istəyini də açıqlayıb: “"Bir neçə il əvvəl Ali Radada çıxış etmək imkanımı xatırlayıram. Ümid edirəm ki, yenidən Ukraynaya səfər etmək imkanı qazanacağam", - deyə ABŞ Prezidenti qeyd edib.

Görüşdə Ukraynanın təhlükəsizlik və müdafiə, demokratiyanın inkişafı, insan haqlarının qorunması, kibercinayətkarlığa qarşı birgə mübarizə, münaqişənin həlli məsələləri əsas müzakirə mövzusu olub.

Müzakirələrdən sonra birgə bəyanatda qeyd olunub ki, ABŞ 2021-ci ildə Ukraynaya demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, məhkəmə sistemində islahatların aparılmasına daha 463 milyon dollar yardım ayıracaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video