16 Sentyabr 2021 00:55
2155
Mədəniyyət
A- A+

Zəfər yolu

 

(Lirik poema)

 

“Burada səhvə yol verilə bilməzdi.

Çünki bu, tarixi məsuliyyətdi...”

 

İlham ƏLİYEV,

Ali Baş Komandan

 

Şuşa yolu, Zəfər yolu,

Otuz illik səfər yolu!

Cənab Ali Baş Komandan,

sərkərdəsən sən o vaxtdan.

İstidə, boranda, qarda,

Yollardasan, o yollarda!

Yol içindən yol seçirsən,

Keçilməz yollar keçirsən, -

Fikrin-zehnin yollarını,

44 günün yollarını...

           

II

Şuşa yolu, Zəfər yolu,

Sevinc yolu, məhşər yolu.

Solum səhra, sağım səhra,

yarı Qarabağım səhra!

Dünyanın sonu budurmu,

mən gördüyüm yuxudurmu?!

Uçan körpü, yanan meşə,

ərşə çəkir, məni ərşə!

Kirəmidli bir binadan,

qalan nədir?

Uçuq eyvan!

Sökülmüş tənha bir divar.

apar-apardı, sök, apar!

Yerində bir şey qalmasın,

söyüş, ya giley qalmasın.

Erməninin əl işidi,

ata-baba vərdişidi.

Aftoqraf! - öz xətti, adı,

Şuşada bayquş uladı.

 

III

Cənab Ali Baş Konmandan,

piyada keçdin o yolu.

İlham pərisi Mehriban,

yanında, keçdin o yolu.

O bayquşlar ulaşanda,

səhrada keçdin o yolu.

Mərd əsgər, qalib Sərkərdə,

davada keçdin o yolu.

Gəldi qardaşın Ərdoğan,

qovğada keçdin o yolu.

Əvvəl də keçdin o yolu,

Sonra da keçdin o yolu!

Zəfərlə keçdin o yolu!

 

IV

Salam Şuşa, salam Vaqif!

Ulu Öndər, bir də salam!

Abidənin önündəyəm,

heykəl kimi dayanmışam.

Çiçək bilib sevinirik,

üstümüzə yağan qarı.

Ulu Öndər alqışlayır,

gətirdiyi qonaqları, -

Dağılardı dərdi-qəmi,

bu duman kimi, çən kimi.

Uşaq kimi sevinərdi

o, bir şair görən kimi.

İlham orda, aramızda

iyirmi bir yaşındaydı,

Şuşanın yaddaşındaydı.

Zərifə xanım - anası,

Ulu Öndərin əzizi.

O da orda qar altında

Dinləyirdi şeirimizi.

Tanıyırdı o da məni.

Elə bildim anam gəlib,

bacım gəlib,

alqışlayır orda məni.

İlahi, nə Ulu Öndər,

nə o günlər?

Hər anı bir tarix imiş.

Vaxt Zərifə xanımı da

“qayb eledi”, türklər demiş.

- Əlli doqquz yaşındayam! -

Bunu Ali Baş Komandan

                                   özü dedi.

Ulu Öndər o zaman da

həmin yaşın içindəydi.

Bu tarixdi, həqiqətdi.

Təsadüf də,

            eşitmişəm zərurətdi.

Demək bu da dərkedilməz

                        bir hikmətdi.

Demək bu əlli doqquz da,

o birinin əvəziydi.

Atasının nəfəsiydi.

Bir kitabın o iki səhifəsiydi.

Bir dağın da

            İki qarlı zirvəsiydi.

Bu, qəhrəman bir millətə,

Azərbaycan, sənə şanlı töhfəsiydi.

Demək, gələn gəlməliydi.

o Haqqa yüksəlməliydi.

Qoşun çəkib açmalıydı.

Bizim Zəfər Yolumuzu.

Tarix təqdim etməliydi,

əsrimizə, - İlham adlı oğlumuzu.

 

V

Salam Şuşa, Cıdır düzü!

Yer üzünün cənnət üzü!

Yerin göylərə tutduğu

dağlarda Meydan güzgüsü!

Mən burdan çağırsam səni,

eşidər dünya səsimi.

Yellər burdan tez aparar,

Ulduza-Aya səsimi.

Sıx meşələr,

uçqun qayalar, dərələr.

Dağətəyi enən cığır,

yer üzünün sonunamı

                        gedib çıxır?

Salam İsa bulağımız!

Səndə olub, sən susanda,

Həmişə bir qulağımız.

“Xarıbülbül”, “Xarıbülbül”!

nə bu rəngdə çiçək gördüm,

nə bir yerdə bu adda Gül!

“Xarı bülbül” - mehmanxana!

Aç orda, aç pəncərəni.

Hər saatı bir ömürdü

            dağlardan nəfəs alana,

təbiət çağırır səni!

Ən gözəl seyrangahımdı.

Ən gözəl tamaşam mənim!

Mədəniyyət paytaxtımdı

Şuşam mənim!

 

VI

Sən mənim könül aləmim,

muğanım-sazımsan, Şuşa!

Zirvədə qarlı qışımsan,

dərədə - yazımsan, Şuşa!

 

Yerlər geniş, göylər təmiz,

ətəyin güllü süfrəmiz.

Burda Gəncə, orda Təbriz,

Kürüm-Arazımsan, Şuşa!

 

Yağan leysandı, gürşaddı,

Pənah xanın ruhu şaddı.

Gedən getdi, qalan qaldı

sən alın yazımsan, Şuşa!

 

VII

Əsgər gördüm, gümrahıydı,

dünən, Şuşa yollarında.

“Zəfər yolu” dediyimiz

həmən Şuşa yollarında,

bu gün - Şuşa şəhərində.

Axşamın da, səhərin də

bu yerlərdə sahibi var.

                                   yiyəsi var.

Düşmənin yüz hiyləsi var,

yüzbiri də xəyanətdi.

Bu torpağın hər qarışı

Şəhidlərdən əmanətdi.

                                   Əmanətdir...

                                   Əmanətdir...

 

Nəriman HƏSƏNZADƏ,

Xalq şairi

 

Bakı, 13.09.2021

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video