31 Mart 2014 10:03
400
Səhiyyə
A- A+

Zaqatalada əhalinin tibbi müayinəsi yüksək mütəşəkkilliklə davam etdirilir

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən fevralın 17-dən başlanan pulsuz tibbi müayinə kampaniyası Zaqatala rayonunda da mütəşəkkilliklə davam etdirilir. Bu xeyirxah aksiyadan indiyədək 33 minə yaxın sakin yararlanmışdır.

Tibbi müayinənin gedişi barədə məlumat verən rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanova AzərTAc-a demişdir ki, bu günə qədər 9 yaşayış məntəqəsində müayinələr tam başa çatdırılmışdır. Ucqar kəndlərdə yaşayan, rayon mərkəzindəki tibb ocaqlarına gələ bilməyən sakinlər də diqqətdən kənarda qalmamışlar. Səyyar həkim briqadaları belə insanlara evlərində tibbi xidmət göstərir.
Müayinələrin keçirildiyi mərkəzi rayon xəstəxanasının poliklinika şöbəsinə hər gün yüzlərlə sakin müraciət edir. Xəstəxananın baş həkimi Leyla Seyidəliyeva AzərTAc-a bildirmişdir ki, müayinəyə gələnlərin əksəriyyəti ürək-damar, zob, qan təzyiqi, böyrək və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Ümumiyyətlə, indiyədək 11 min 776 nəfərə ambulator müalicə təyin edilmiş, 12 nəfər isə stasionar müalicəyə cəlb olunmuşdur.
Xəstəxanada həkim müayinəsindən keçən rayon sakinləri Gülzar Teyyubova, Abidət Əfəndiyeva, İbrahim İbrahimov, Abdurahman Vaşiyev, Muhuma Siracov və başqaları həkim və tibb işçilərinin isti münasibətindən razı qaldıqlarını bildirmiş, belə bir nəcib təşəbbüsə görə dövlətimizin başçısına zaqatalalılar adından minnətdarlıqlarını ifadə etmişlər. 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video