13 Iyul 2021 00:23
696
ELANLAR
A- A+

Zaqatala Suvarma Sistemləri İdarəsi açıq tender elan edir

 

Tender 1 LOT üzrə keçirilir.

LOT 1:  Torpaq məcralı Qandax kanalının beton üzlüyə alınması və üzərindəki qurğularla birlikdə əsaslı təmiri işləri üçün mal-materialların satın alınması

Tender iştirakçıları öz tender təkliflərini   elektron Portal vasitəsilə təqdim etməlidirlər. 

 Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:  aşağı qiymət,  yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi,  iddiaçının maddi-texniki imkanları, iddiaçının faktiki yerləşdiyi ünvan, maliyyə vəziyyəti. Müqavilənin yerinə yetirilməsi üçün tender iştirakçıları texniki və maliyyə imkanlarına malik olmalıdırlar. Məlumat mübadiləsi yalnız dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə aparılır; tender təklifləri, eləcə də bütün yazışmalar və sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Malgöndərənlər (podratçılar) tender təkliflərini, eləcə də bütün sənədləri və müraciətləri dövlət satınalmaları üzrə vahid internet Portalı vasitəsilə təqdim etməlidirlər. Müsabiqədə göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər və təkliflər qəbul olunmayacaq. Tender zərflərinin açılışı, tenderin qiymətləndirilməsi və bütün prosedurlar yalnız elektron qaydada vahid internet Portalı vasitəsilə aparılır. Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. Qanun və digər aidiyyəti normativ hüquqi aktlar ilə Portalın qanunvericilik hissəsində (https://etender.gov.az/laws) tanış ola bilərsiz. Əlaqələndirici şəxs: Baş mühasib Şükür Əliyev, əlaqə nömrəsi +99451 541-34-31).

İştirak haqqı: LOT 1 -  100 manat

Zaqatala Suvarma Sistemləri İdarəsi

H/h: AZ02CTRE00000000000002350201

VÖEN: 5100135161

Bank: Dövlət Xəzinədarlığı Agentliyi

Kod: 210005

VÖEN: 1401555071

M/H: AZ41NABZ01360100000000003944

S.W.İ.F.T: CTREAZ22

Büdcə təsnifatı: 142330

Büdcə səviyyəsinin kodu: 7

İştirak haqqı heç bir halda geri qaytarılmır.

 Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

Təşkilati və hüquqi sənədlər:

- vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında Dövlət Vergi Xidmətindən arayış;

- iddiaçının son bir ildəki  maliyyə vəziyyəti haqqında bank arayışı;

- fəaliyyəti haqqında vergi orqanları tərəfindən maliyyə hesabatının təsdiq olunmuş surəti;

- təsdiq olunmuş rekvizitlər barədə m

əlumat;

- qeydiyyatdan keçdiyi ölkə;                        

- nizamnamə;

- iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə Dövlət Statistika Komitəsindən arayış.

İxtisas göstəriciləri:

- satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə Dövlət Vergi Xidmətindən arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə Ədliyyə orqanından məlumat;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçuların peşəkarlıq fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyəti ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə DİN və ya “ASAN xidmət” mərkəzlərindən məlumatlar;

- Digər sənədlər: maddi texniki bazası, işçi sayı, əsas vəsaitləri barədə  geniş arayış.

Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə  iştirak  etmək üçün ixtisas  göstəricilərinə  dair  sənədləri  03 avqust  2021-ci il saat 12:00-a qədər  və  tender  təklifi  və  bank  təminatı  sənədlərini   11 avqust  2021-ci il saat  18:00-a  qədər  Portal  vasitəsilə  təqdim  etməlidirlər.  İddiaçının  təklifləri  12 avqust  2021-ci  il  saat 12:00-da  açılacaqdır.

Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.

 

Tender komissiyası

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video