06 Iyul 2021 00:39
723
Mədəniyyət
A- A+

Zamanın soldurmadığı portretlər kitabı

 

Bu günlərdə işıq üzü görən “Portret” Rəhilə Gülgünün sayca beşinci kitabıdır. Müəllifin “65 yaşımın astanasında 45 illik yazar əməyinin bəhrəsi” kimi təqdim etdiyi yeni nəşrdə müxtəlif mövzu və fərqli janrlarda qələmə alınmış sənədli ədəbi-publisistik yazıları toplanıb. “Portret”ə ön söz əvəzində müəllif yazıb: “Kitabı tərtib edərkən onlarca məqaləni qırağa qoymuşam. Yalnız o publisistik örnəkləri seçmişəm ki, məncə, onları zaman soldurmayıb, düşüncələr, təsvir olunan epizodlar təsir gücünü itirməyib və ən əsası onların humanist və mərhəmətli məzmununun kiməsə dayaq olacağına inanıram”.

Hekayə, etüd, povest, söhbət kimi səciyyələndirilən əsərləri birləşdirən başlıca cəhət həyatı faktla bədii ifadənin birləşməsindən yaranan ovqatdır. Yeni nəşrdə qeyd olunduğu kimi, həcmindən asılı olmayaraq, kitabdakı hər bir nümunəyə ölçüsünə görə fərqlənən portret kimi baxıla bilər.

Yeni nəşrin birinci bölümündə müəllifin “Dağlar sənə bir şans versə...”, “Meşə sükutunu xoşbəxtlik pozur...”, “Salahlı Bayram kişi”, “Bərdəli Yusif kişi”, “Beş fraqment”, “Kür qırağının adamları”, “Yuxu”, “Anam hey...” və digər portret etüdlərinə yer verilib. “Yadındadı?”, “Təzə ürək ilə oxuyan Alim”, “Dosent Qarayev”, “Göy üzünün bir damlası”, “Çörək kəsdik, qardaş olduq”, “Dünya gözəl bir saraydır”, “Əsgərə məktub” və başqa hekayələr kitabın ikinci bölümünə daxil edilib. Kitabın üçüncü bölümündə Rəhilə Gülgünün “Gün işığı kimi”, “Xəbərin rəngi”, “Göylər adamı” və “Ömür hekayəti” adlı portert povestləri verilib. Dördüncü bölümdə isə müəllifin müxtəlif portret söhbətləri təqdim olunub.

“Portret”ə “Pillə-pillə ucalırdı” adlı son söz əvəzini Zemfira Məhərrəmli yazıb. O, Rəhilə Gülgünün həyat və yaradıcılığı barədə məlumatlar verib. “Portret”in müəllifinin jurnalist peşəsinə sevgisindən və məsuliyyət hissi ilə yanaşmasından söz açıb. Həcmindən, mövzusundan asılı olmayaraq hər bir oxunaqlı əsər müəllifin istedadının və gərgin əməyinin bəhrəsidir. Zemfira Məhərrəmli Rəhilə Gülgün barədə bildirib: “Rəhilə Gülgünün söz-sənət sərraflarına, tanınmış ədəbiyyat və incəsənət xadimlərinə həsr etdiyi, müxtəlif illərdə qələmə aldığı kitablar maraqla oxunur. Milli mədəniyyətimizin tarixində, jurnalistikamızda özünəməxsusluğu, xeyirxah əməlləri ilə dərin iz buraxmış ustad jurnalist Nəsir İmanquliyevin yaradıcılıq yolu barədə tədqiqatlarının nəticəsi olaraq yazdığı “Xəbərin rəngi” kitabı istedadlı qələm sahibinə rəğbət qazandırdı. Bu kitab ustad sənətkarla bağlı yazılmış ən etibarlı qaynaqlardan biridir. ...Rəhilə Gülgün az sonra yazıçı, pedaqoq, alim Mir Cəlal Paşayevin həyat və yaradıcılığı haqqında “Göylər adamı” kitabını və tanınmış psixoloq Elmira Mirzəyevanın bir alim kimi portret cizgilərini əks etdirən “Zərifliyin gücü və “Həyat hekayəsi”ni qələmə almışdır”.

 

Z.FƏRƏCOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video