24 Sentyabr 2021 01:23
963
İQTİSADİYYAT
A- A+

Yuxarı ətrafları amputasiya olunmuş qazilərin yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanılacaq

 

Yuxarı ətrafları amputasiya olunmuş qazilərin  yaxın günlərdə yüksək texnologiyalı protezlərlə təminatına başlanılacaq.

Bu məqsədlə İslandiyanın ÖSSUR şirkətinin istehsalı olan son nəsil protezlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə gətirilib.

AZƏRTAC xəbər verir ki, ilkin mərhələdə mərkəzdə Vətən müharibəsində yuxarı ətraflarını itirmiş 10, ümumilikdə isə 29 qazi yüksək texnologiyalı protezlərlə təmin ediləcək. Bunun üçün ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri ilə birgə həmin qazilərdən müvafiq ölçülər götürülüb.

Protez-ortopedik sənayesi sahəsində ən qabaqcıl texnologiyaya malik olan şirkət yuxarı ətrafları amputasiya olunanlar üçün yüksək funksionallıq və proqram təminatı ilə fərqlənən ən müasir bionik protezlərin istehsalını həyata keçirir. ÖSSUR Touch Bionics protezlərinin xüsusi proqram təminatı istifadəçinin sosial həyata daha tez və rahat inteqrasiyasına imkan yaradır. ÖSSUR i-Limb Ultra bioelektrik  əl darağının 18 fərqli tutma variantı mövcuddur. Ən müasir və yüksək  texnologiya əsasında hazırlanmış protezlərin özəlliyi itirilmiş bədən əzaları funksiyalarını 70-80 faiz təmin etməyə imkan verməsidir.  Komplektə istifadəçinin seçiminə uyğun fərqli rəng və ölçülərə malik 6 silikon əlcək də daxildir.

Bundan əvvəl isə qazilərin 2020-ci ilin dekabrından yüksək texnologiyalı elektron protezlərlə təminatına başlanılıb. Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə aşağı ətraflarını itirmiş 142 hərbçi son nəsil protezlə təmin edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video