10 Iyun 2014 02:06
453
Səhiyyə
A- A+

Yüksək ixtisaslı heyət Naxçıvanda növbəti açıq ürək əməliyyatları aparmışdır

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Mərkəzi Neftçilər Xəstəxanası Ürək-Damar Xəstəlikləri Mərkəzinin yüksək ixtisaslı heyəti yenidən Naxçıvana gələrək burada açıq ürək əməliyyatları aparmışdır.

AzərTAc xəbər verir ki, Ürək-Damar Xəstəlikləri Mərkəzinin müdiri, ürək və damar cərrahı Rəşad Mahmudovun, ürək və damar cərrahları Seymur Musayevin, Kənan Məmmədovun, anestezioloqların, əməliyyat, reanimasiya, palata tibb bacılarının təmsil olunduqları heyət son 3 gün ərzində Naxçıvan Diaqnostika- Müalicə Mərkəzində əvvəlcədən qeydiyyata götürülmüş 9 kardioloji xəstədə açıq ürək əməliyyatları aparmış və risk faktorlu xəstələri müxtəlif kardioloji müayinələrdən keçirmişdir. Kardioloji ambulator müayinə və müalicələr zamanı xəstələrə tibbi məsləhət və tövsiyələr verilmişdir.
Həkim briqadası açıq ürək əməliyyatları ilə yanaşı, xəstələrdə müşahidə olunan gizli ürək xəstəlikləri və onların risk amillərini araşdırmış, ürək xəstəliyi aşkarlanan xəstələrin sonrakı müayinə və müalicələrini diqqət mərkəzində saxlamışdır.
Aksiya çərçivəsində yerli həkimlər bütün cərrahi əməliyyatlarda iştirak etmişlər.
Qeyd edək ki, Naxçıvan MR Ali Məclisi və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə razılaşdırılmış tədbirlər planına uyğun olaraq, Naxçıvan MR-nin 90 illiyi münasibətilə tədbirlərin keçirilməsi davam etdirilir. Artıq yubiley çərçivəsində bir sıra işlər görülmüş, humanitar aksiyalar təşkil olunmuşdur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yüksək ixtisaslı həkim briqadalarının hər il olduğu kimi, “Muxtariyyət ili”ndə də muxtar respublikaya gəlməsi aztəminatlı ailələrdən olan xəstələrin müayinə və müalicəsi işinin daha da yaxşılaşmasına şərait yaradır. Təkcə bu ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mərkəzi Neftçilər Xəstəxanasının Kardiocərrahiyyə Mərkəzinin 8 nəfərlik heyəti tərəfindən Naxçıvan Diaqnostika- Müalicə Mərkəzində 12 nəfərdə açıq ürək əməliyyatı, 1 nəfərdə periferik damar əməliyyatı həyata keçirilmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video