13 Iyun 2021 00:48
1752
Qanunlar
A- A+

“Yol hərəkəti haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş  şəxslərin) statusu haqqında”, “Turizm haqqında”, “Milli arxiv fondu haqqında”,  “Bələdiyyələrin statusu haqqında”, “Özəl tibb fəaliyyəti haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Gənclər siyasəti haqqında” və “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 564; 2001, № 5, maddə 298, № 11, maddələr 676, 698; 2002, № 1, maddə 9, № 8, maddə 463; 2003, № 8, maddə 424; 2004, № 2, maddə 57, № 11, maddə 901; 2005, № 4, maddə 277, № 10, maddə 874, № 11, maddə 993; 2006, № 12, maddə 1027; 2007, № 6, maddə 560, № 11, maddələr 1053, 1091; 2008, № 2, maddə 49, № 6, maddələr 453, 463, № 7, maddə 602; 2009, № 2, maddə 47, № 4, maddə 210, № 12, maddə 948; 2010, № 7, maddə 598; 2011, № 2, maddə 71, № 4, maddə 255, № 6, maddə 469, № 12, maddə 1097; 2012, № 5, maddə 402, № 7, maddə 671; 2013, № 4, maddələr 362, 363, № 7, maddə 795, № 11, maddələr 1295, 1298; 2014, № 4, maddələr 343, 346, № 5, maddə 467, № 11, maddə 1352; 2015, № 1, maddə 2, № 2, maddələr 76, 79, 105, № 5, maddə 502, № 6, maddə 686, № 11, maddələr 1256, 1276; 2016, № 11, maddələr 1758, 1784, 1795, № 12, maddə 1993; 2017, № 2, maddələr 138, 150, № 5, maddə 727, № 8, maddə 1507, № 10, maddə 1774, № 12 (I kitab), maddə 2215; 2018, № 2, maddələr 143, 157, № 4, maddə 645, № 6, maddələr 1165, 1192, № 7 (I kitab), maddələr 1432, 1436, 1439; 2019, № 1, maddə 46, № 6, maddə 997, № 7, maddə 1183, № 8, maddə 1376; 2020, № 5, maddə 521, № 7, maddələr 827, 847, № 12 (I kitab), maddə 1425; Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 269-VIQD nömrəli Qanunu)  9-1-ci maddəsinin I hissəsinin birinci cümləsində, 17-ci maddəsinin II hissəsinin birinci cümləsində və 20-ci maddəsinin I hissəsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

Maddə 2. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 392; 2001, № 11, maddələr 676, 699, № 12, maddə 731; 2007, № 11, maddə 1053; 2010, № 4, maddə 280; 2011, № 7, maddə 602; 2014, № 11, maddə 1340; 2015, № 10, maddə 1104; 2017, № 1, maddə 30; 2019, № 1, maddə 9; 2020, № 7, maddə 827) 11-ci maddəsinin ikinci hissəsinin beşinci abzasında “səhiyyə orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 394; 2004, № 4, maddə 203, № 6, maddə 396; 2007, № 8, maddə 751; 2014, № 11, maddə 1341; 2016, № 12, maddə 2035; 2017, № 6, maddə 1030, № 7, maddə 1276; 2018, № 1, maddə 31; 2019, № 6, maddə 991; 2020, № 6, maddə 677) 14-cü maddəsinin ikinci cümləsində “səhiyyə, rabitə, daxili işlər orqanları” sözləri “rabitə, daxili işlər orqanları, tibb müəssisələri” sözləri ilə əvəz edilsin.

Maddə 4. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 404; 2002, № 12, maddə 706; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2006, № 2, maddə 64, № 12, maddə 1005; 2007, № 1, maddə 4; 2009, № 5, maddə 308; 2010, № 7, maddə 579; 2011, № 2, maddə 71; 2012, № 11, maddə 1038; 2013, № 6, maddə 615; 2015, № 11, maddə 1280; 2017, № 5, maddə 690; 2018, № 10, maddə 1965; 2019, № 3, maddə 378, № 7, maddə 1183) 6-cı maddəsinin ikinci hissəsinin səkkizinci abzasında “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

Maddə 5. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 405; 2001, № 11, maddələr 689, 690, № 12, maddə 736; 2002, № 5, maddə 242; 2003, № 1, maddələr 11, 16, № 6, maddə 256; 2004, № 1, maddə 10, № 4, maddə 202, № 5, maddə 314, № 6, maddə 397; 2005, № 2, maddə 62; 2006, № 2, maddə 67, № 11, maddə 923, № 12, maddə 1005; 2007, № 11, maddələr 1053, 1082; 2008, № 5, maddə 354; 2009, № 6, maddə 410; 2010, № 3, maddə 173, № 4, maddələr 275, 276; 2011, № 2, maddə 71, № 12, maddə 1074; 2012, № 6, maddə 523; 2014, № 8, maddə 956, № 11, maddə 1376; 2015, № 2, maddələr 77, 88, № 5, maddə 485; 2017, № 1, maddə 3, № 5, maddə 707; 2018, № 1, maddə 28, № 11, maddələr 2196, 2218; 2019, № 8, maddə 1370; 2020, № 7, maddə 849) 33-cü maddəsinin 1-ci hissəsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

Maddə  6. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 129; 2001, № 3, maddə 144; 2002, № 5, maddə 240; 2004, № 6, maddə 396; 2007, № 6, maddə 560, № 10, maddə 938; 2009, № 12, maddə 949; 2015, № 11, maddə 1278; 2020, № 12 (I kitab), maddə 1425) 3-cü maddəsində “səhiyyə müəssisələri” sözləri “tibb müəssisələri” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 413; 2008, № 7, maddə 602; 2014, № 11, maddə 1343) 4-cü maddəsinin birinci hissəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 484; 2001, № 12, maddə 736; 2002, № 6, maddə 328; 2005, № 12, maddə 1093; 2008, № 7, maddə 602; 2016, № 4, maddə 649; 2017, № 7, maddə 1283; 2018, № 3, maddə 372; 2020, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 10-cu maddənin dördüncü hissəsində və 14-cü maddənin üçüncü hissəsinin ikinci cümləsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

8.2.   11-ci maddə üzrə:

8.2.1.  birinci hissənin ikinci cümləsində “orqanlarına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

8.2.2. ikinci hissədə “orqanına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin.

Maddə 9. “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 442; 2008, № 7, maddə 602; 2011, № 2, maddə 71; 2015, № 2, maddə 83; 2017, № 7, maddə 1258; 2019, № 5, maddə 797; 2020, № 6, maddə 664, № 7, maddə 828, № 11, maddə 1335) 21-ci maddəsində aşağıdakı dəyişikliklər edilsin:

9.1. 21.3.8-ci maddədə “orqanlarına” sözü “orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri ilə əvəz edilsin;

9.2. 21.6.2-ci maddədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

Maddə 10. “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 231; 2007, № 8, maddə 746; 2010, № 3, maddə 171; 2019, № 4, maddə 582, № 8, maddə 1382, № 11, maddə 1684; 2020, № 6, maddə 670, № 7, maddə 828) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 5.3-cü maddədə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

10.2. 7-ci maddə üzrə:

10.2.1. 7.1-ci maddədə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

10.2.2.  7.2-ci maddə üzrə:

1. birinci cümləyə “xidmət” sözündən sonra “həmin təhsil müəssisələri tərəfindən” sözləri əlavə edilsin;

2.  ikinci cümlədə “orqanları” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin.

Maddə 11. “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2003, № 1, maddə 17) 8.3-cü maddəsindən “səhiyyə,” sözü çıxarılsın və həmin maddəyə “habelə” sözündən sonra “tibb müəssisələrinin,” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 23 aprel 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video