23 Noyabr 2021 00:14
1084
İQTİSADİYYAT
A- A+

Yerlərdə logistikanın səmərəli idarə edilməsi iqtisadi inkişafı şərtləndirən vasitələrdən sayılır

 

Məlumdur ki, logistika fəaliyyətində nəqliyyat iqtisadiyyatın elə bir sahəsidir ki, onsuz iqtisadi sahələrin formalaşması mümkin deyil. Həm də bu səbəbdəndir ki,  rəqabətli, şaxələndirilmiş, dayanıqlı iqtisadiyyatın qurulması üçün Azərbaycanda logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi hazırlanmışdır. Sənəddə göstərilir ki, logistika və ticarət sürətlə qloballaşan dünyada iqtisadi artımın mühüm təkənverici qüvvvəsinə çevrilməklə, əsas sektorda birbaşa xarici investisiya qoyuluşlarının həcmini artırmağa şərait yaradır.

Azərbaycan neft-qaz ölkəsi kimi tanınsa və gəlirlərinin böyük hissəsini karbohidrogen ixracından əldə etsə də, dövlət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ciddi addımlar atır. Qeyri neft-qaz sənayesinin, o cümlədən kənd təsərrüfatının, alternativ enerjinin, turizmin inkişafina böyük önəm verən ölkəmiz Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat marşrutlarının iştirakçısı, bəzi hallarda isə təşəbbüskarıdır. Bu layihələr Azərbaycanda logistika bazarının inkişafını da şərtləndirir.

Dünyanın ən qabaqcıl təcrübəsinə əsasən logistika mərkəzləri vasitəsilə əlavə dəyər yaradılmasının üç əsas uğur amili vardır. Birincisi, dəyərin yaradılması üçün seçilmiş təchizat zəncirində tarazlaşdırılmış inkişafın daha çox səmərə verməsi nəzərə alınmaqla infrastruktura həddən çox diqqət yetirilməməsidir. Əks halda  ticarət ücün zəruri xidmətlərin təminatında çatışmazlıqlar yaranar ki, o da artımı məhdudlaşdıra bilər. Digər tərəfdən, xidmətlərə həddən çox diqqət yetirilməsi infrastruktur çatışmazlığına yol açar. İkincisi, loqistika mərkəzlərinə investisiya qoyuluşları üçün aydın strategiyanın və düşünülmüş planlaşdırmanın olmasıdır. Bu vaxt unutmaq olmaz ki, potensialın və gəlirliyin düzgün hesablanmaması ilkin fəaliyyətə başlamaqda və fəaliyyətin sürətləndirilməsində problemlərə yol aça bilər. O üzdən hərtərəfli düşünülmüş planlaşdırmanın və təfərrüatlı texniki-iqtisadi əsaslandırmanın əhəmiyyəti böyükdür. Üçüncüsü, bir qayda olaraq, logistika mərkəzlərinin tikintisi zamanı bütövlükdə təchizat zəncirinin optimallaşdırılmasını həyata keçirə biləcək mövqedə özəl sektor iştirakçısı olmur. Çünki şirkət səviyyəsində natamam planlaşdırma və optimallaşdırma logistika mərkəzlərinin qurulması mərhələsində səmərəsizliyə yol aça bilər. Odur ki, dövlətin nəzarəti ilə təchizat zənciri komponentlərinin, o cümlədən gömrük və birbaşa xarici investisiyalar bazasının olması logistika sisteminin yaradılmasına və inkişafına təsir edən amillərdən sayılır.

Umümilikdə götürsək, logistika çoxşaxəlidir. Buraya informasiya və telekommunikasiya texnologiyaları və sistemləri, qlobal kompüter şəbəkələri, elektron biznes, elektron sənədləşmənin idarə edilməsi və s. aiddir. Bu səbəbdən  logistikada informasiya axınlarının idarə edilməsi ən vacib məsəllələrdən hesab olunur. Çünki logistlər logistik proseslərin idarə olunması ilə baglı daha keyfiyyətli qərarlar qəbul etmək imkanına malikdirlər. Bundan əlavə, tədarük zəncirinə və axınlara nəzarət logistik fəaliyyətdə də mühüm əhəmiyyət kəsb edir. Məhz onun sayəsində təkliflər, satınalma sifarişləri, aylıq planlar, texniki dəyişikliklər üçün tələblər, keyfiyyət şikayətləri, istehsal hesabatları müştəridən təchizatçıya çatdırılır.

Logistika fəaliyyətində müasir anbar idarəetmə sistemləri - keyfiyyətli aftomatlaşdırmanı təmin etmək üçün anbar emalı proseslərinin  xüsusiyyətləri mütləq nəzərə alınmalıdır. Məlumat üçün qeyd edək ki, Anbar İdarəetmə Sistemi - WMS( Warenosue Management System) anbarın idarə olunmasında bütün proseslərin avtomatlaşdırılmasını və optimallaşdırılmasını təmin edir. Məhsulun qəbulu, çeşidlənməsi, qalıqların monitorinqi, malların paylanması və toplanması, qablaşdırılması, yerləşdirilməsi, inventarın və əmək resurslarının idarə edilməsi, yük qaldırma avadanlıqlarının avtomatlaşdırılması və s. bu sistemin funksiyasına aiddir.

Sonda onu da vurğulayaq ki, ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar logistikanın inkişafına geniş imkanlar yaradır. Bu isə gələcəkdə sözügedən sahədə biliklərə daha dərindən yiyələnməyi tələb edir.

 

Natiq ALPSOY,

ADİU-nun Logistika fakültəsinin magistri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video