04 Iyul 2021 00:27
1018
Səhiyyə
A- A+

Yerdən qaynayan dərman

 

Minerallarla zəngin təbii-qazlı və qazsız mədən sularının çoxlu faydası var. Bu suların tərkibi kalsium, maqnezium, flor, natrium, kalium, kükürd, dəmir və başqa elementlərlə zəngindir. 

Diyetoloq Reyhan Cabbarlı mineral suların faydaları haqda açıqlamasında bildirib ki, keçmiş zamanlarda insanların daha sağlam olması səbəblərindən biri də təbii mədən sularını içmək göstərilə bilər. Mədən sularında olan yüksək miqdarda kalsium və flor sümük ərimələrinin, diş səthi zəifliyinin qarşısını alır. Natriumla zəngin sular təzyiqi aşağı olan insanlara məsləhət görülür, çünki natrium təzyiqin yüksəlməsinə səbəb olur. Təzyiqi olanlar isə bu sulara limon əlavə edərək içə bilərlər. Təzyiq problemi olmayan yetkinlik yaşında olan uşaqların və hamilələrin də mineral su içməsi faydalıdır. Həzmsizlik zamanı məhz bu içkilər məsləhət görülür. Gündəlik norma 200-250 millilitr sayılır.

Diyetoloq bildirib ki, ən çox idmançılara mədən suları içmək tövsiyə edilir. Məşq zamanı tərlə birgə itirilən yüksək mineralların böyük bir qismi 250-500 ml mədən suyu ilə bərpa edilə bilir. Ancaq qazlı mədən suları yarışlardan, məşqlərdən qabaq qaz yaranma riskinə görə içilməməldir. Yalnız qazsız və ya az qazlı mədən sularından istifadə oluna bilər.

Mütəxəssisin sözlərinə görə, şüşə qablarda olan mədən suları mineral tərkibini itirmir. Mineral sular olan şüşə qabların daha çox tünd rəngdə olması Günəş şüası ilə təmasda mineral tərkibin itirilməsini minimuma endirmək məqsədi daşıyır.

Sağlam insanlar mineral suları uyğun miqdarda içdikdə hər hansı zərər görmürlər. Ancaq bunun böyrək problemi olanlar, ən çox da dializ xəstələri üçün böyük riskləri var.

Diyetoloq mədən sularının kalorisinin olmadığını da deyib. Buna görə də pəhriz saxlayanlar bu suları qəbul edə bilərlər. Mədən suları bədəndən duzların təmizlənməsinə də kömək edir. Üzdəki qırışları azaldır. Həmçinin mineral sular enerjinin bərpasını təmin edir.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video