15 Fevral 2013 02:02
359
Səhiyyə
A- A+

Yeni xəstəxanada tibb xidmətinin keyfiyyəti yaxşılaşıb

 

Səhiyyə sahəsində aparılan islahatlar ölkə əhalisinə göstərilən tibb xidmətinin səviyyəsinin yüksəlməyinə ciddi təsir göstərir. Həyata keçirilən tədbirlər paytaxtla yanaşı, bölgələri də əhatə edir. Ölkə Prezidenti İlham Əliyev rayonlara səfəri zamanı səhiyyə sahəsində görülən işlərlə ciddi maraqlanır, tibb xidmətinin müasir tələblər səviyyəsində təşkili üçün müvafiq göstəriş və tapşırıqlar verir, bölgələrdə yeni və müasir xəstəxanaların, diaqnostika mərkəzlərinin tikilməsi üçün sərəncamlar imzalayır. Qeyd edək ki, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında da bu sahənin inkişafı ilə bağlı müəyyən tədbirlərin icrası nəzərdə tutulub.

Ölkəmizin sərhəd rayonu olan Balakəndə yeni xəstəxana binasının tikilib istifadəyə verilməsi rayon əhalisinə göstərilən səhiyyə xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəlməsində əhəmiyyətli rol oynayıb. Maddi-texniki təchizat və tibb avadanlığı baxımından məhdud imkana malik köhnə xəstəxanadan fərqli olaraq yeni binada istilik, havalandırma, su-kanalizasiya sistemindən tutmuş müasir cihazlara, avadanlıqlara qədər hər şey lazımi səviyyədə təşkil olunub. Həkimlər və orta tibb işçiləri üçün yaradılan şərait imkan verir ki, müraciət edən xəstələrə yüksək səviyyədə xidmət göstərilsin.

Yeni mərkəzi rayon xəstəxanasında 87 həkim, 217 orta tibb və 247 nəfər digər xidmət personalı çalışır. Xəstəxana 187 çarpayılıqdır. Burada poliklinika, təcili yardım, qəbul, cərrahiyyə, doğum, terapiya, ginekologiya və digər şöbələr, həmçinin ultrasəs, qastroenterologiya, stomatologiya kabinetləri fəaliyyət göstərir.

Xəstəxananın baş həkimi Hacıömər Nuriyev söhbət zamanı bildirdi ki, müraciət edən xəstə ilk öncə vərəmin diaqnostikası üçün flüoqrafiyadan keçirilir, sonra isə lazımi kabinetlərə göndərilir. Qeyd edək ki, bu bölgədə insanların vərəm xəstəliyinə həssaslığı nisbətən yüksəkdir. Bir ilin müqayisəsinə görə diabetli xəstələrin sayı çoxalıb. Xroniki böyrək çatışmazlığı, yeni törəmələrlə qeydiyyatda olanların, həmçinin talassemiyalı xəstələrin sayında da artım var. Ancaq dövlətin yüksək qayğısı və həkimlərin öz işlərinə peşəkar yanaşmaları sayəsində heç bir xəstə diqqətdən kənarda qalmır.

Müalicə xidmətinin keyfiyyətinin yaxşılaşdırılması üçün həkimlər sistemli şəkildə ixtisasartırma kurslarına göndərilirlər. Hazırda ultrasəs müayinəsi üzrə 2 həkim və bir neonatoloq Türkiyədə üçaylıq kursdadırlar.

Rayonda məskunlaşan qaçqın və məcburi köçkünləri, müharibə əlilləri və iştirakçıları yaz-payız aylarında müayinəyə cəlb edilirlər. İndiyədək 21 nəfərə stasionar müalicə təyin edilib, 7 nəfər paytaxt klinikalarına, 11 nəfər əlillərin reabilitasiya mərkəzinə, 5 nəfər isə Şağan qəsəbəsindəki pansionata göndərilib.

Xəstəxanada 24 saat ərzində xidmət göstərmək üçün cərrah, mama-ginekoloq, anestezioloq-reanimatoloq, uşaq həkimi növbədə olur, həmçinin rentgenoloji, laborator xidmət təşkil edilir. Ayda 2 dəfə isə həkim briqadaları kəndlərə gedir, ağır xəstələrə evdə baxılır. Yaşlı xəstələrin müayinə və müalicəsi üçün də ayrıca həkim və tibb otağı ayrılıb. Onlar vaxtaşırı müayinə olunur, sağlamlıqları ilə bağlı hər hansı problem çıxsa, müalicəyə cəlb edilirlər.

Vacib məsələlərdən biri də narkomaniyaya qarşı mübarizə üçün tədbirlər planının hazırlanmasıdır. Bununla əlaqədar əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclərlə görüşlər keçirilir, müvafiq təbliğat və profilaktika işləri aparılır.

Şübhəsiz ki, yüksək tibb xidməti ilə yanaşı, əhalinin maarifləndirilməsi istiqamətində də gərəkli tədbirlər vacibdir. Bu baxımdan Balakən Mərkəzi Rayon Xəstəxanasının kollektivi də fəaliyyətini tələb olunan səviyyədə qurmağa çalışır.

 

T.NƏZƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video