09 Iyul 2021 01:21
653
İQTİSADİYYAT
A- A+

Yeni ixrac bazarlarına çıxışın dəstəklənməsi müzakirə olunub

 

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) innovativ layihələrinin təmsilçiləri və Azərbaycan Beynəlxalq Bankının (ABB) Sahibkarlar Klubu nümayəndələri arasında görüş keçirilib.

İİTKM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin innovativ layihələri olan “Azexport.az”, “Rəqəmsal Ticarət Qovşağı”, “Bir Pəncərə İxraca Dəstək Mərkəzi”, “EnterpriseAzerbaijan” portallarının rəhbərləri və Sahibkarlar Klubunun təmsilçiləri arasında mövcud vəziyyət və potensial əməkdaşlıq istiqamətləri üzrə müzakirələr aparılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların başlıca məqsədlərindən biri də ölkədə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin yaradılmasıdır. Bu məqsədlə bir çox layihələr həyata keçirilir, yeni dövlət proqramları qəbul olunur. Bu istiqamətdə ABB ilə İİTKM arasında da uğurlu əməkdaşlıq təcrübəsi var.

Tədbirdə çıxış edən nümayəndələr faktorinq, akkreditiv, ixrac krediti kimi müxtəlif maliyyə alətlərindən faydalanma imkanları, həmçinin kiçik və orta sahibkarlıq subyektlərinin yeni ixrac bazarlarına çıxışının dəstəklənməsi məqsədilə həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə danışıqlar apararaq konkret təkliflər irəli sürüblər.

Qeyd edək ki, ABB-nin yaratdığı Sahibkarlar Klubunun 500-dən çox üzvü var.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video