03:54 28 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:21 28.11.2021 Acı olsa da, xeyirlidir
00:18 28.11.2021 Gəzən soğanlar
00:15 28.11.2021

Ən çox soğan yeyənlər


00:14 28.11.2021 Təbii müalicə
00:12 28.11.2021 Qırmızının gücü
00:12 28.11.2021 Hər dərdə dəva
00:11 28.11.2021 Şəkərin düşməni
Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yeni ilin ilk qanvermə aksiyası
ANA SƏHİFƏ / SƏHIYYƏ
12:01 08.01.2013

 

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramı çərçivəsində talassemiyalı xəstələr üçün yeni ilin ilk qanvermə aksiyası keçirilmişdir. 

İB-nin dəvəti ilə B.Eyvazov adına Respublika Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş 12 nəfərdən ibarət xüsusi tibb briqadası Etilen-polietilen, "Üzvi sintez", Mexaniki-Təmir zavodlarının, Nəqliyyat və Xüsusi Texnika İdarəsinin, Təmir-Tikinti İdarəsinin və anbar təsərrüfatının, həmçinin "Kimyalayihə" İnstitutunun 500-ə yaxın işçisindən qan götürmüşlər.

Hemiofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədi daşıyan, insanlar üçün həyati əhəmiyyət kəsb edən bu könüllü hümanitar aksiyada kimyaçılar yüksək fəallıqla iştirak etmişlər.

Onu da bildirək ki, "Azərikimya" İstehsalat Birliyində qanvermə aksiyası üçüncü dəfədir keçirilir. Səyyar laboratoriyada donor-kimyaçıların hər birinın sağlamlığı yoxlanılır, yalnız bundan sonra onlardan qan götürür.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM