28 Fevral 2012 01:02
362
CƏMİYYƏT
A- A+

Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir

 

Fevralın 27-də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri İnayatullah Kakar ilə görüşmüşdür.

YAP-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılmışdır.

Görüşdə həmçinin Yeni Azərbaycan Partiyası ilə Pakistan Xalq Partiyası arasında əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilmişdir.

Əli Əhmədov səfirə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat vermişdir. O, Pakistan Senatının erməni vandalları tərəfindən törədilmiş Xocalı soyqırımını tanıdığı üçün minnətdarlığını bildirmişdir.

YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov görüşdə iştirak etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video