25 Sentyabr 2011 03:09
470
DÜNYA
A- A+

Yəmən ordusu nümayişçiləri atəşə tutdu

 

Yəmən Prezidenti Əli Abdulla Salehə sadiq qoşunlar ölkənin paytaxtı Sənada Dəyişiklik meydanında müxalifətçilərin çadır düşərgəsini atəşə tutmuşdur. Bu barədə "Frans Press" agentliyi xəbər verir.

Şahidlərin dediyinə görə, nümayişçilərə yaxınlıqdakı evlərin damında mövqe tutmuş Respublika Qvardiyasının snayperləri atəş açmışlar. Qvardiya Prezidentin böyük oğlu Əhməd Salehin birbaşa tabeliyindədir.

Həkimlər bildirmişlər ki, atəş nəticəsində azı 5 nümayişçi həlak olmuşdur.

Çadır düşərgəsinə hücum zamanı hökumət qüvvələri həmçinin üsyançı general Əli Möhsün Əhmərin dəstələri ilə döyüşə girmişdir. Bu dəstələr bir neçə aydır müxalifətçilərin çadır düşərgəsini mühafizə edir.

Srağagün Sənanın şimal hissəsində Prezidentə sadiq qoşunlarla müxalifətçi qəbilələrin nümayəndələri arasında toqquşmalar baş vermişdir. Nəticədə 18 nəfər həlak olmuş, daha 53 nəfər yaralanmışdır.

Sənada yeni zorakılıq halları Əli Abdulla Salehin atəşkəsin zəruriliyi barədə bəyanatları fonunda baş vermişdir. Vətənə qayıdan Prezident "özü ilə sülh göyərçini" gətirdiyini bildirmişdir.

Xatırladaq ki, Saleh Prezident sarayı atəşə tutularkən aldığı xəsarətə görə Səudiyyə Ərəbistanında üç aydan çox müalicə keçdikdən sonra sentyabrın 23-də ölkəyə qayıtmışdır.

Qeyd edək ki, Prezidentin tərəfdarları ilə əleyhdarları arasında silahlı toqquşmalar sentyabrın 16-dan bəri səngimir. Bu müddət ərzində 120 nəfərdən çox adam həlak olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video