00:30 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yemək mədəniyyəti

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:47 06.06.2021

 

Yapon sağlamlığının və uzunömürlülüyünün sirri həm də dadlı və sağlam qidalar, enerji və yüksək əhvali-ruhiyyə verən  mətbəxdir. Başqa yerlərlə müqayisədə tərkibində ədviyyatların demək olar ki, olmadığı bu mətbəx düyü, soya, dəniz məhsulları, yosun və tərəvəzlərə əsaslanır. Yapon mətbəxi sadə, gözəl görünüşlü xörəklərlə məşhurdur. Bu xörəklərdə inqrediyentlərin dadları bir-birini itirmir.

Mütəxəssislər hesab edirlər ki, yapon uzunömürlülüyünün səbəblərindən biri də onların ənənəvi qida rasionudur. Yapon mətbəxində mövsümlük prinsipi mövcuddur ki, bu da cari ilin fəsillərini əks etdirən qida inqrediyentlərinin seçilməsinə əsaslanır. “Şun” adlanan bu konsepsiyaya əsasən balıq, tərəvəz və meyvələrin tərkibində qidalandırıcı maddələrin miqdarı ən yuxarı səviyyədə olur. Yaponiyada demək olar ki, bütün xörəklərin əsas hissəsini düyü təşkil edir. Hətta əfsanəyə görə qamış düyü Yaponiyaya min illər əvvəl ilahi İnari-sama tərəfindən göndərilib. Eyni zamanda bu ölkədə tarixən balıq istisna olmaqla digər ət məhsullarına maraq az olub. Hazırda da balıqdan başqa digər ət məhsulları populyar deyil.

Yaponiyada təzə məhsulla qidalanmaq vacib sayılır. Ona görə yapon kulinariyasında konservləşdirilmiş və dondurulmuş qida anlayışı demək olar ki, yoxdur.

Yaponiyanın dünyada ən məşhur olan xörəyi suşidir. Suşinin Nigiri, Qunkan, Norimak, Temaki, Oşi, Çiraşi kimi növləri var.

 

Yasəmən MUSAYEVA,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM