24 Iyun 2021 00:24
572
İQTİSADİYYAT
A- A+

Yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə subsidiya ödənilib

 

2021-ci il üçün yazlıq və çoxillik əkin üzrə 45 mindən artıq fermerə 20 milyon manatdan çox subsidiya ödənişi həyata keçirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyindən (AKİA) verilən məlumata görə, həmin ödənişlər 82 min hektardan artıq ərazini əhatə edib.

AKİA-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ruslan Zeynal bildirib ki, subsidiyalar torpaq analizlərini vaxtında təqdim edən, əkin sahələri monitorinqə düşməyən və əkin sahələrinin monitorinqi başa çatan fermerlərə verilib. “Fermerlərin əkinlərini vaxtında və doğru bəyan etməsi bizə subsidiyaları tez ödəmək imkanı verdi”, - deyə Ruslan Zeynal vurğulayıb.

AKİA rəsmisi əlavə edib ki, monitorinqlər başa çatdıqca digər fermerlər də bu ayın sonunadək subsidiyalarını əldə edə biləcəklər. Hazırda AKİA tərəfindən digər subsidiyaların ödənişləri də həyata keçirilir. Ümumilikdə cari ildə, 2020-2021-ci il payızlıq, 2021-ci il yazlıq və çoxillik əkin bəyanları üzrə 340 mindən artıq fermerə 152 milyon manatdan çox subsidiya ödənilib.

Qeyd edək ki, aqrar subsidiyalar “Fermer kart”larına köçürülür. Əkin subsidiyasının 25%-i nağdlaşdırılan, 75%-i isə nağdlaşdırılmayan vəsaitdir. Nağdlaşdırılmayan vəsait fermerlərin təchizatçılardan təsərrüfatları üçün toxum, gübrə, pestisid əldə etməsi üçün nəzərdə tutulub.

Xatırladaq ki, qaydalara görə, subsidiya vəsaitindən təyinatı üzrə istifadə etməyən və fermer kartındakı nağdlaşdırılmayan hissədən nağd istifadə etməyə çalışan şəxslərə cəza və cərimə tətbiq olunur.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video