14 Aprel 2021 15:41
1257
Səhiyyə
A- A+

Yaz fəslində orqanizmdə yaranan narahatlıqlar

 

Yaz fəslinin gəlişi ilə orqanizmdə vitamin çatışmazlığı, yuxusuzluq, halsızlıq, oynaq və əzələ ağrıları kimi problemlər yaranmağa başlayır. Mütəxəssislər bildirirlər ki, bu xəstəliklər əsasən mövsüm dəyişikliyi zamanı orqanizmdə baş verən proseslərlə əlaqədardır. Yazda həmin problemlərin yaranması isə saç və dırnaqların kövrəkləşməsinə səbəb olur, vaxtında müdaxilə edilmədikdə mədə-bağırsaq traktı və ürək-damar sisteminin pozulması ilə nəticələnə bilər. Eyni zamanda, boyun fəqərələrindəki ağrılar tədricən osteoxondroza çevrilməyə başlayır.

AZƏRTAC xəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: “Yaz mövsümü insan immunitetinin zəifləyən dövrüdür. Ona görə də həmin dövrdə xəstəliklərin bir növ oyanması başlayır, müəyyən psixoloji gərginliklər və digər xəstəliklər keçirmək, orqanizmdə kalsium, minerallar, xüsusilə D vitaminin miqdarının azalması hər hansı sağlamlıq problemli olanlarda həm nevropatik, həm də oynaq ağrılarının çoxalmasına səbəb olur”.

Müsahibimiz qeyd edir ki, gündəlik rasionda gec həzm olmayan, karbohidrat və zülallarla zəngin qidalara üstünlük verilməlidir, çünki sağlam qidalandıqda qan dövranı fəaliyyəti tənzimlənir, qanda şəkər balansı normaya düşür: “Maksimal dərəcədə düzgün və keyfiyyətli qidalanmaq və qida maddələrində bütün növ mineral, vitamin, zülal və keyfiyyətli karbohidratların olması vacibdir. Açıq havada çox gəzmək də faydalıdır”.

Bütün bunlarla yanaşı mütəmadi şəkildə idmanla məşğul olmaq lazımdır. Həmçinin bol maye qəbul etmək vacibdir. Təəssüf ki, bəzən yorğunluğu aradan qaldırmaq üçün həddindən çox kofein qəbul edənlər olur. Bu isə ürək döyüntülərinin artmasına və qan təzyiqinin yüksəlməsinə səbəb olur. Ona görə də gün ərzində iki fincandan artıq qəhvə qəbul etmək məsləhət görülmür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video