07:28 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaşasaydı, 23 yaşı olacaqdı

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:05 22.06.2021

 

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan, əslən Ağdamdan olsa da, Mingəçevirdə doğulub boya-başa çatan Həsənov Əzim Fikrət oğlu yaşasaydı, 23 yaşı olacaqdı.

Bu münasibətlə keçirilən anım mərasimində ehtiyatda olan polkovnik-leytenant  Seymur Hidayətov çıxış edərək şəhidin ailəsinə başsağlığı vermiş, ailəsinə və qohumlarına səbir diləmişdir. Daha sonra şəhidin oxuduğu məktəbin direktoru  Ülviyyə Fətəliyeva  çıxış edərək Əzimin keçdiyi qısa və mənalı həyat yolundan söz açmışdır.

Ailənin ilk və yeganə oğlu olan Əzim orta məktəbi 2015-ci ildə “əla” qiymətlərlə bitirib. Elə həmin il yüksək balla Azərbaycan Dillər Universitetinə daxil olub, universiteti bitirdikdən sonra hərbi xidmətə yollanıb. Sentyabr ayının 27-də başlayan Vətən müharibəsində kəşfiyyatçı olub. Cəbrayıl, Hadrut, Horadiz, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Qızğın döyüşlər zamanı bir neçə dəfə əsgər yoldaşlarını mühasirədən çıxarıb. Sonuncu dəfə Füzulinin Seyidəhmədli kəndi yaxınlığındakı döyüşlərdə yaralı əsgər yoldaşını xilas edərkən düşmən gülləsinə tuş gəlib. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasna görə” medalları ilə təltif edilib.

 

Esmira HİDAYƏTOVA,

Mingəçevir şəhər sakini

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM