Yaradılışın 9 rəsmlə ifadəsi
Məşhur italyan heykəltaraşı və rəssamı Mikelancelonun yaradıcılığının ən möhtəşəm və əzəmətli əsəri “Sikstin” kapellasıdır. Bu kapella Vatikanda ibadətgahın tavanında çəkilib. Tavanın mərkəzində Tövratın 5 kitabından birincisi olan “Yaradılış”dan götürülmüş kainatın mövcudluğundan daşqına qədərki dövrdə olan hadisələr 9 müxtəlif kompozisiya ilə əks olunub.
Yeri gəlmişkən, “Yaradılış” kitabı bəşər tarixində ən qədim kitablardan biridir. Burada Tanrının dünyanı və insanı yaratmasından, ideal mühitdə yaşayan insanın günaha batması və günahının get-gedə artıb çoxalmasından bəhs olunur. Kitabda təsvir olunan mövzular bəşər tarixinin təşəkkülünü, sivilizasiyanın meydana gəlməsini, qədim dünyanın tarixi simalarının və xalqlarının fəaliyyətini əhatə edir.
“Sikstin” kapellasının ilk rəsmi “Aydınlıqla qaranlığın ayrılması” adlanır. Bu rəsmdə ilk işığın yaradılması, işığa gündüz, qaranlığa isə gecə adının verilməsi təsvir edilib. İkinci əsər “Günəşin, Ayın və bitkilərin yaradılışı”dır. Burada Tanrının bir tərəfdə bitkilərə doğru əlini uzatması, digər tərəfdə isə sağ əlində Günəşi, sol əlində Ayı tutması ümumi mənanı ifadə edir. Üçüncü şəkil olan “Suyun qurudan ayrılması”nda yerin üstündəki və altındakı suların ayrılması, həmin suların bir yerə toplanıb dəniz adlandırılması, quru olan hissəyə isə torpaq adının verilməsi canlandırılıb.
Dördüncü və beşinci rəsmlər bəşəriyyətə insanın gəlişi ilə bağlıdır. “Adəmin yaradılışı” və “Həvvanın yaradılışı” Mikelancelonun yaradıcılığında xüsusilə məşhurlaşan əsərlərdəndir. “Adəmin yaradılışı” əsərində Adəm sol tərəfdə, nisbətən aşağıda, Tanrı və onun ətrafında təsvir olunanlar sağ tərəfdə, yuxarıda yer alır. Bir versiyaya görə, Tanrının əli Adəmə yaşam qığılcımı vermək üçün toxunur, Adəmin əlinin də önə uzanması Tanrının öz əksi kimi ifadə edilir. Digər bir versiyada isə barmaqlar bir-birinə toxunmur və həyatverici olan Tanrı Adəmi özündən aşağıda tutaraq sanki bərabər olmadıqlarını göstərmək istəyir. Tanrının yanında olan qadının Həvva olduğu fikri də irəli sürülmüşdü. “Həvvanın yaradılışı”nda isə 3 obraz var: Tanrı, Həvva və Adəm. Burada Tanrının Həvvanı Adəmin qabırğa sümüyündən qadın olaraq yaratdığı fikri rəsmin əsas ideyasını təşkil edir.
“İlk günah və cənnətdən qovulmaq” əsərində deyilir: Tanrı onlara hər ağacdan meyvə yeyə biləcəklərini, yalnız xeyir və şəri bilmə ağacında meyvə yedikləri zaman mütləq öləcəklərini dedi. Hiyləgər ilansa meyvəni yeyəndə ölməyəcəklərini, ancaq xeyir və şəri bilən Tanrı kimi olacaqlarını deyib onları çaşdırdı. Bu zaman göydən üç cəza düşdü. Tanrı ilana ömürboyu sürünəcəyini söylədi, Adəm və Həvva isə torpaqdan yaradıldıqları üçün yenidən yerə qayıtdılar.
Növbəti əsərlər “Nuhun qurbanı”, “Tufan” və “Nuhun sərxoşluğu” adlanır. “Nuhun qurbanı”nda Nuhun qurban kəsdiyi, “Tufan”da dünyanın şərə büründüyü zaman daşqının baş verməsi və Nuhun kütlənin arasından seçilərək gəmiyə hər bir canlıdan iki cüt yığıb 40 gün yağışda qalmaqları təsvir olunub. Kapellanın sonuncu - 9-cu əsəri olan “Nuhun sərxoşluğu”nda isə üzüm bağı salmış Nuhun sərxoşluğu və oğullarının ona qarşı davranışları əks etdirilmişdir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
DİN: Ötən gün ölkə ərazisində 63 cinayətin üstü açılıb
25 Aprel
Azərbaycan nefti bahalaşıb
25 Aprel
Blinken: ABŞ və Çin ikitərəfli münasibətlərə məsuliyyətlə yanaşmalıdır
25 Aprel
Vaşinqtonda “erməni soyqırımı” yalanlarına qarşı dinc aksiya keçirilib
25 Aprel
Türkiyə kosmik düşərgəsində Vətən müharibəsinin şəhid uşaqları üçün kvota ayıracaq ...
25 Aprel
Ağ ev: Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır
25 Aprel
Azərbaycanlı rejissorun ekran əsəri Kann Film Festivalının qısametrajlı filmlər müsabiqəsinə seçilib...
25 Aprel
Türk dövlətlərinin peykləri bütün TDT ölkələrinin xeyrinə istifadə edilə bilər
25 Aprel
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avroluq daha bir tranş ayırıb
25 Aprel
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!