30 Iyul 2021 18:49
630
CƏMİYYƏT
A- A+

Yaqut Qarayeva: Xəstəxanalarda tullantılar üçün plastik qablardan istifadə olunmalıdır

Xəstə ilə təmasda olmuş bütün tullantılar infeksiya mənbəyidir. Xəstəxananın ofis hissəsində əmələ gələn tullantılar isə qeyri-infeksion məişət tullantılarıdır. Xəstəxanada olan kəsici-dəlici tullantılar isə daha təhlükəlidir. Məsələn, iynəni zibil torbasına atdıqdan sonra o, zənbili deşərək düşə və başqa ciddi problemlərə yol aça bilər. Ona görə, belə tullantılar üçün plastik qablardan istifadə olunmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva “Xəstəxanalarda infeksiyaya nəzarət proqramlarının tətbiqi” mövzusundakı çıxışında deyib.

O, Azərbaycanda tibbi tullantıların daşınmasında da münasibət bildirib. Qeyd edib ki, tullantıların daşınmasını başqa qurumlar həyata keçirməlidir: “Bu, xəstəxananın edəcəyi iş deyil. Məsələn, Türkiyədə bu funksiyanı bələdiyyələr həyata keçirir. Xəstəxanaların topladığı tullantıları özlərinin utilizasiya etməsi başqa problemlərə səbəb olur. Bu, ekoloji cəhətdən təhlükəlidir. Ona görə, tullantılar xəstəxanada yalnız müvəqqəti saxlanıla bilər. Tullantıları müvəqqəti saxlamaq üçün standartlara uyğun xüsusi yerlər hazırlamaq lazımdır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video