23 Noyabr 2021 15:07
558
CƏMİYYƏT
A- A+

Yaqut Qarayeva: COVID-19-a yoluxma göstəricilərinə əsasən, epidemiyanın nəzarət altında olduğunu deyə bilərik  

 

Bu gün Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəricilərinə əsasən, epidemiyanın nəzarət altında olduğunu deyə bilərik. Lakin xüsusən qonşu ölkələrdə baş verən prosesləri nəzərə alaraq ehtiyatı əldən verməməli, arxayın olmamalıyıq. Qış fəslinin yaxınlaşması nəticəsində havaların soyuması ilə əlaqədar vətəndaşlar qapalı məkanlarda daha çox vaxt keçirməli olurlar. Ona görə də indiki vaxtda "buster" doza ilə peyvəndlənmək qışa hazırlıq kimi də dəyərləndirilə bilər, profilaktik tədbir kimi də.

AZƏRTAC xəbər verir ki, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, "buster" doza ilə vaksinasiya tövsiyə edilsə də, 4-cü doza ilə bağlı fikir söyləmək hələlik tezdir: "Pandemiyanın gedişində bu barədə daha dəqiq söz demək olar. Hazırda dünyada xəstəliyin dərindən öyrənilməsi üçün müxtəlif araşdırmalar aparılır. Biz də bu araşdırmaları sıx izləməyə çalışır və yeniliklərə qısa vaxtda reaksiya verməyə çalışırıq. Onu da qeyd edim ki, ölkədə vaksinasiya prosesində aktivlik hiss olunur. Yəni, prosesi müsbət qiymətləndiririk".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video