28 Sentyabr 2021 20:11
611
SİYASƏT
A- A+

Yaponiyanın nüfuzlu agentliyi Vətən müharibəsinin ildönümünə həsr olunmuş məqalə yayıb  

Yaponiyanın nüfuzlu JIJI Press agentliyi Azərbaycanın böyük Qələbəsi ilə başa çatmış Vətən müharibəsinin ildönümünə həsr olunmuş məqalə yayıb.

AZƏRTAC xəbər verir ki, məqalədə ötən il sentyabrın 27-də Azərbaycan ilə Ermənistan arasında hərbi əməliyyatların başladığı və noyabrın əvvəllərində başa çatdığı xatırlanır. Diqqətə çatdırılır ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Ermənistan tərəfindən təqribən 30 il əvvəl işğal olunan ərazilərini azad edib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasında ümumi müzakirələr çərçivəsində sentyabrın 23-də etdiyi çıxışdan sitat da gətirilir: “Ötən ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışım zamanı mən sizin diqqətinizi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsinə və Ermənistan hökumətinin təcavüzkar bəyanatlarına və hərəkətlərinə yönəltdim. Bu gün qurur hissi ilə deyirəm ki, Ermənistan döyüş meydanında məğlub edildi və Azərbaycan işğala son qoydu”.

Məqalədə iki ölkənin liderlərinin cari ilin yanvarında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə keçirdiyi görüşə də toxunulur. Bildirilir ki, həmin görüşdə tərəflər regionda sabitliyin bərqərar olması üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üçün əməkdaşlıq barədə razılığa gəliblər. Lakin buna baxmayaraq, erməni əsgərləri iyulda təmas zonasında təxribatlar törədiblər.

Münaqişənin tarixinə ekskurs edən müəllif zəngin təbii ehtiyatlara malik Azərbaycanın böyük milli güc topladığı və işğal altında olan torpaqları azad etmək üçün var gücü ilə çalışdığını da bildirir. Vurğulayır ki, bu gücün qarşısında dayana bilməyən Ermənistan işğal etdiyi ərazilərdən çox qısa müddətdə geri çəkilmək məcburiyyətində qalıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video