14:14 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiyanın Baş naziri Şimali Koreyanın növbəti raket sınaqlarını kəskin pisləyib
 
ANA SƏHİFƏ / DÜNYA
16:20 15.09.2021

Yaponiyanın Baş naziri Yoşihide Suqa Şimali Koreya tərəfindən həyata keçirilən növbəti raket sınaqlarını kəskin pisləyib.

AZƏRTAC xəbər verir ki, Tokioda bu barədə bəyanatla çıxış edən Baş nazir həmin sınaqları Yaponiyaya və bütün region ölkələrinə qarşı təhdid hesab etdiyini, həmçinin bu addımın qətiyyən bağışlanılmaz olduğunu bildirib.

Qeyd edək Ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən, Şimali Koreya ballistik raketlərin və nüvə texnologiyalarının sınağını keçirə bilməz. Lakin Pxenyan Vaşinqtona və onun müttəfiqlərinə öz gücünü göstərmək, əhalinin döyüş ruhunu qaldırmaq məqsədilə bu sınaqları davam etdirir.

Xatırladaq ki, Şimali Koreya son dəfə ballistik raket sınaqlarını martın 25-də həyata keçirib və bu, C.Bayden ABŞ Prezidenti seçildikdən sonra atılan ilk belə addım olub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM