14:22 25 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:50 25.09.2021

Qürurlu və mətin


01:45 25.09.2021

Karl Benzin benzinli...


01:45 25.09.2021

Buxardan hidrogenədək


01:41 25.09.2021

Sidneydən Londona 4 günə


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yaponiyada əhalinin sayı 12 ildir fasiləsiz olaraq azalır
 
ANA SƏHİFƏ / DÜNYA
15:16 05.08.2021

Yaponiyada əhalinin sayı 12 ildir fasiləsiz olaraq azalmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın Milli İşlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin avqustun 5-də ölkə əhalisi haqqında dərc etdiyi hesabatda bildirilir.

Qeyd edilir ki, cari il yanvarın 1-ə olan məlumata görə Yaponiya əhalisinin sayı 123 milyon 840 min nəfər təşkil edib. Bu, ötən ilin müvafiq göstəricisindən təqribən 428 min nəfər azdır.

Hesabatda bildirilir ki, ötən il Yaponiyada yeni doğulanların sayı 843 min nəfər təşkil edib. Bu, həmin statistikanın aparılmağa başladığı 1968-ci ildən bəri ən aşağı göstəricidir. Ötən il ölənlərin ümumi sayı isə 1 milyon 370 nəfərə bərabər olub. Bu isə həmin məlumatların toplanmağa başladığı dövrdən bəri ikinci ən böyük göstəricidir.

Bununla yanaşı, ötən il koronavirus pandemiyasına görə ölkəni tərk edən insanların sayının ümumi illik orta göstəricisinin də aşağı olduğu qeyd edilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM