21 Oktyabr 2021 14:27
962
SİYASƏT
A- A+

YAP Mərkəzi Aparatında Vətən müharibəsinə həsr olunan dəyirmi masa təşkil olunub

 

Bu tədbir Vətən müharibəsindən sonra ölkəmizdə yaranmış yeni reallıqların müzakirəsinə həsr edilib. Azərbaycanda xalq-lider tandeminin yaratdığı bu reallıqların tarixi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Prezident İlham Əliyev bu reallıqlar kontekstində yeni geostrateji mənzərə formalaşdırdı.

AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatında Vətən müharibəsi ilə bağlı təşkil olunan dəyirmi masanın iştirakçıları ilə görüşündə YAP Sədrinin müavini - Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.

Milli Məclisin üzvlərinin, siyasi partiya rəhbərlərinin, hərbi, siyasi ekspertlərin, QHT rəhbərlərinin, kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri dəyirmi masada Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı gündəlikdəki məsələ ilə bağlı məruzə edib.

Partiya sədri Vətən müharibəsinin yaratdığı reallıqların Azərbaycanda tamamilə yeni konfiqurasiya formalaşdırdığını qeyd edib. Bildirib ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin qazanılan Zəfər ərəfəsində ölkəmizdəki siyasi partiyalara dialoq çağırışının vətəndaş həmrəyliyində növbəti addımı idi. Xalq-Lider birliyinin işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı aparılan dövlət siyasətinin uğurla həyata keçirilməsində də mühüm rol oynayacağına əminik ifadə olunub.

Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Vətən müharibəsində qazanılan Qələbənin nadir hərbi əməliyyatlar sayəsində mümkün olduğunu deyərək bildirib: “Müharibəni səngərdəki əsgərlər aparsalar da, nəticə dövlətin davranışı ilə müəyyənləşir. Müharibənin nəticəsi onun bir nöqtədən idarə olunması ilə şərtlənir”.

Komitə sədri bildirib ki, müharibə zamanı Azərbaycana təzyiqlərin güclənməsi onu da göstərir ki, bu gün barəsində söhbət açılan milli birliyə daha çox ehtiyac var.

Birinci Qarabağ müharibəsində də xalqımızın canı-könüldən döyüşdüyünü, lakin ölkədəki siyasi qeyri- sabitliyin məğlubiyyətimizi şərtləndirdiyini deyən ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycan gəncliyində müşahidə etdiyi vətənpərvərliyə az-az xalqlarda rast gəldiyini qeyd edib. İlk dəfə ümummilli lider Heydər Əliyevin çağırışına qoşulan gəncliyin gücü ilə aparılan əks-hücum əməliyyatı barədə danışan ehtiyatda olan polkovnik o zamanlar üçün mühüm hadisə sayılan Horadiz əməliyyatının uğurlarını xatırlayaraq deyib: "Ataların bir söz var: “Ot öz kökü üstündə bitər”. Bəli, biz buna Vətən müharibəsinin yekununda bir daha əmin olduq. Tarix göstərdi ki, Azərbaycan gəncliyi vətənpərvərdir və bunu hər məqamda gördük. Ali Baş Komandan, Prezident İlham Əliyevin müdrikliyi, liderliyi ilə vəhdət təşkil edən vətənpərvərliyin möcüzə sayıla biləcək nəticələri ilə xalqımıza yeni nəfəs verildi”.

Politoloq, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Eldar Namazov qeyd edib ki, son illərdə dərsliklərə düşəcək hadisələr yaşadığımızı hər birimizin dərk etməsi çox xoşdur.

"Paralel baxış: Vətən müharibəsi və informasiya müharibəsi" mövzusunda məruzə ilə çıxış edən YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov istər Vətən müharibəsinin gedişində, istərsə də ondan sonrakı mərhələdə Azərbaycan Prezidenti İlham Əliyevin informasiya savaşında qazandığı qələbənin əvəzsiz rolundan danışıb. O deyib: “Hesab edirəm ki, bu gün də davam edən həmin savaşda xalq və cəmiyyət olaraq sosial şəbəkədə xalq- Lider birliyinin əyani nümunəsini nümayiş etdirməliyik".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video