14:07 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

YAP-ın və AK Partinin Gəncədə birgə mətbuat konfransı olub

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:54 29.07.2021

 

İyulun 28-də Gəncədə Yeni Azərbaycan Partiyası (YAP) və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ikitərəfli Əməkdaşlıq Protokoluna uyğun olaraq, “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq üçün yeni çağırışlar” mövzusunda konfrans başa çatdıqdan sonra hər iki partiya rəsmisinin birgə səfərin yekunlarına dair mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov səfərin yekunları barədə məlumat verərək deyib: “Səfər Bakıda Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevlə görüşlə başlayıb. Görüş zamanı bölgədə yaranmış yeni vəziyyətə uyğun olaraq qarşılıqlı əməkdaşlığın perspektivləri, gözlənilən nəticələr və partiya rəhbərliyi tərəfindən bu istiqamətdə atılacaq addımlar barədə məlumat verilib. Sonra nümayəndə heyəti Milli Məclisdə olub, YAP rəhbərliyi ilə görüşlər keçirib və bundan sonra atılacaq addımlar barədə səmərəli fikir mübadiləsi aparılıb. Sonra səfər Gəncə şəhərində iki partiyanın birgə keçirilən “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə sadiqlik və gələcək əməkdaşlıq  üçün  yeni  çağırışlar” mövzusunda konfransı ilə yekunlaşıb”.

Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuş səfər ərzində göstərilən qonaqpərvərliyə və diqqətə görə təşəkkür edib. O, Türkiyə-Azərbaycan münasibətlərinin gələcək inkişafı və bu istiqamətdə partiyalar tərəfindən göstəriləcək dəstək haqqında danışarkən bildirib ki, bundan sonra da qarşılıqlı əlaqələrin siyasi partiyalar tərəfindən rəsmi qurumlar arasında daha da möhkəmləndirilməsi üçün əllərindən gələn köməyi əsirgəməyəcəklər. “Başda cənab Prezident İlham Əliyev olmaqla göstərilən diqqətə və qonaqpərvərliyə görə Milli Məclisin üzvlərinə, YAP rəhbərliyinə təşəkkür edirik. “Şuşa Bəyannaməsi” ilə bağlı keçirilən bu konfrans da qardaş ölkələrimiz arasında gələcək əməkdaşlıqların və əlaqələrin yeni müstəvidə inkişafına zəmin yaratdı”, - deyə N.Kurtulmuş vurğulayıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM