09 Aprel 2021 00:37
655
CƏMİYYƏT
A- A+

YAP Gənclər Birliyi “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” mövzusunda təqdimat keçirib

 

Aprelin 8-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Azərbaycan gənclərinin beynəlxalq arenada təmsilçiliyi” mövzusunda Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədovla görüşü keçirilib.

Partiyadan AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov Azərbaycanda dövlət gənclər siyasətinin uğurlarından danışıb, gənclərin beynəlxalq təmsilçiliyindən bəhs edib. B.İslamov mövzunun aktuallığını qeyd edərək, Ramin Məmmədovun fəaliyyəti haqqında da görüş iştirakçılarına məlumat verib.

Görüşdə çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Ramin Məmmədov bildirib ki, Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Onun sözlərinə görə, YAP Gənclər Birliyi də ötən dövrdə inkişaf edərək sıralarını genişləndirib.

R.Məmmədov qeyd edib ki, Azərbaycan gəncləri müstəqil dövlətimizi beynəlxalq müstəvidə uğurla təmsil edir: “Bilirsiniz ki, ötən dövr ərzində xarici siyasətimizin əsasını Dağlıq Qarabağ probleminin həlli təşkil edirdi. Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin sülh yolu ilə həllinə imkan vermirdi. 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə işğal altında olan torpaqlarımız azad olundu. Son 17 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Eyni zamanda, Azərbaycan gəncləri də beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması istiqamətində səmərəli fəaliyyət göstərib. Bu baxımdan, YAP Gənclər Birliyinin üzvlərinin fəaliyyəti də təqdirəlayiqdir”.

Deputat söyləyib ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev fəaliyyətində gəncliyin inkişafına xüsusi diqqət yetirir. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan gəncləri dövlətimizi beynəlxalq müstəvidə də layiqli təmsil edirlər.

R.Məmmədov, həmçinin YAP Gənclər Birliyinin ötən dövr ərzində beynəlxalq əlaqələrindən danışıb, bu əlaqələrlə bağlı məlumatları slaydlarla təqdim edib. Bildirilib ki, YAP Gənclər Birliyi İCAPP Gənclər Qolunun təsis olunmasında fəal iştirak edib və hazırda YAP-ın nümayəndəsi təşkilatın həmsədrlərindən biridir. Eləcə də, YAP Gənclər Birliyi Avropanın nüfuzlu DEMYC gənclər təşkilatının tamhüquqlu üzvüdür. Bundan əlavə, YAP Gənclər Birliyi bir sıra beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin siyasi partiyalarının gəncləri ilə fəal əməkdaşlıq edib. O, fəal beynəlxalq əlaqələrin Azərbaycanın dünyada tanıdılması işində vacib rolunu vurğulayıb.

Milli Məclisin deputatı əmin olduğunu bildirib ki, YAP Gənclər Birliyinin yeni heyəti də ölkəmizi və partiyanı beynəlxalq müstəvidə uğurla təmsil edəcək. O, bu yolda YAP Gənclər Birliyinə uğurlar arzulayıb.

Daha sonra Ramin Məmmədov YAP Gənclər Birliyinin üzvlərinin suallarını cavablandırıb, görüş diskussiya şəraitində davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video