14:11 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Yanğınsöndürənlərimiz Muğla vilayətinin Kavacık rayonunda yenidən şiddətlənən yanğınların qarşısının alınmasına cəlb olunub
ANA SƏHİFƏ / CƏMİYYƏT
17:29 04.08.2021

 

Avqustun 4-də Muğla vilayətinin Kavacık rayonu ərazisindəki meşə yanğınları şiddətlənib. Səhər saatlarında Azərbaycan yanğınsöndürənlərinin əksər hissəsi bu bölgəyə ezam olunub. Böhran məntəqəsinə çatmaq üçün təxminən 2,5 saat yol qət edən yanğınsöndürənlərimiz bir neçə yüksəkliyi aşaraq dəniz səviyyəsindən təxminən min metr yüksəklikdə alovlarla mübarizəyə başlayıblar.

AZƏRTAC-ın xüsusi müxbiri hadisə yerindən xəbər verir ki, Çayhisar və Köyceğiz kəndlərinin ətrafında yerləşən meşələrdə üç istiqamətdə yanğınlar daha geniş əraziyə yayılıb.

Helikopter, ağır texnika və yanğınsöndürmə avtomaşınlarının intensiv çalışdığı ərazidə Azərbaycan yanğınsöndürənlərinin əsas hədəfi alovların yaşayış məskənlərinə keçməsinin qarşısını almaqdır.

Qəflətən şiddətlənən yanğın bölgəni əhatəyə alıb. Yollarda nəqliyyatın hərəkəti dayandırılıb.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM