06 Iyul 2021 09:30
860
İQTİSADİYYAT
A- A+

XXIV Avrasiya İqtisadi Zirvəsində Ələt Azad İqtisadi Zonasının müzakirəsinə geniş yer ayrılıb

 

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan XXIV Avrasiya İqtisadi Zirvəsinə hazırlıq işləri başa çatıb. İstanbulda keçiriləcək Zirvədə bəzi ölkələrin parlament sədrlərinin, hökumət üzvlərinin, beynəlxalq təşkilat rəhbərlərinin, sabiq prezident və baş nazirlərin iştirakı təsdiqlənib.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suverin AZƏRTAC-a verdiyi məlumata görə, yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən iştirakçıların bir qismi Zirvəyə onlayn qatılacaqlar.

Azərbaycanın dəstəyi ilə “İnsanlıq cəmiyyəti daha yaxşısına layiqdir” devizi altında keçiriləcək XXIV Avrasiya İqtisadi Zirvəsi yeni növ koronavirus (COVID-19) pandemiyasından sonra dünyanın yeni düzənini müzakirə etməyi qarşısına məqsəd qoyub.

İyulun 7-dən 9-dək davam edəcək Zirvədə açılış mərasimi və altı panel əsasında planlaşdırılıb.

Azərbaycan energetika naziri Pərviz Şahbazov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun Zirvədə çıxışları nəzərdə tutulub.

Zirvənin panellərindən biri Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında təməli qoyulan Ələt Azad İqtisadi Zonasına həsr olunacaq. Bu hissədə Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycanı beynəlxalq rəqabətə davamlı iqtisadi yüksəlişə yönəltməsi siyasətinin təhlil ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video