08 Iyul 2021 17:57
498
İQTİSADİYYAT
A- A+

XXIV Avrasiya İqtisadi Zirvəsi - Ələt Azad İqtisadi Zonası böyük perspektivə malik beynəlxalq layihədir  

Azərbaycanın dəstəyi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə İstanbulda keçirilən XXIV Avrasiya İqtisadi Zirvəsi çərçivəsində “Mədəniyyətdə və sosial həyatda yeni üfüqlər: daha yeni başlanğıclar” mövzusunda panel iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu panel Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizinin strateji coğrafi əhəmiyyəti əsasında Prezident İlham Əliyev tərəfindən iyulun 1-də təməli qoyulan Ələt Azad İqtisadi Zonasına həsr olunub. Mövzu ətrafında geniş məruzə edən Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Azərbaycanın həyata keçirdiyi bu nəhəng beynəlxalq layihənin məqsəd və hədəflərini iştirakçılara çatdırıb.

Ələt Azad İqtisadi Zonasının coğrafi vəziyyətinin əlverişli-dənizin kənarında, dəniz limanının yaxınlığında yerləşdiyini, kifayət qədər böyük ərazini əhatə etdiyini, bu layihənin böyük tranzit və ixrac imkanlarına malik olduğunu diqqətə çatdıran V.Ələsgərov vurğulayıb ki, hazırda qarşıda duran mühüm vəzifələrdən biri xaricdən potensial investorları bölgəyə cəlb etməkdir. Ələt Azad İqtisadi Zonasının böyük perspektivə malik beynəlxalq iqtisadi layihə olduğunu ifadə edən V.Ələsgərov bu sahədə əməkdaşlığın əhəmiyyətini yüksək dəyərləndirib, sərmayəçi, ixracatçı və tranzit nəqletmələr üçün vəd edilən böyük güzəştlər barədə geniş məlumat verib.

Sonra panelin sədarətində təmsil olunan Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver Ələt Azad İqtisadi Zonasının strateji əhəmiyyəti və V.Ələsgərov məruzəsində yer alan mühüm məqamlara dair şərh verərək vurğulayıb ki, bu layihə Azərbaycanın həyata keçirdiyi digər layihələrin davamı kimi beynəlxalq ictimaiyyət və sərmayəçilər, biznes və iş dünyası tərəfindən maraqla qarşılanacaq. Əsas məqsəd Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunu rolunu yüksəltmək, enerji, nəqliyyat, tranzit daşımalar və logistikada sərmayənin genişləndirilməsi sayəsində ən yüksək dünya standartlarına uyğun mühit formalaşdırmaqdır. Bütün tədbirlər beynəlxalq mühitdə rəqabətədavamlı iqtisadiyyata nail olmaq dayanır.

Paneldə Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq rəqabətə davamlı iqtisadi yüksəlişə yönəltməsi siyasəti təhlil edilib.

V.Ələsgərov məruzəsindən sonra Monqolustan parlamentinin sədri Zandanshatar Gombajav, Rumıniyanın şahzadəsi Radu Al Romaniei, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Rövşən Nuragdyyev, Çin Xarici İşlər İnstitutunun rəhbərinin müavini, səfir Ou Boqian, ABŞ-da fəaliyyət göstərən dünyada Sülh və Sevgi Federasiyasının sədri Hong Tao-tze və başqaları çıxış ediblər.

Həmçinin Türk Hava Yollarının (THY) çoxistiqamətli fəaliyyətinə dair təqdimat keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video