00:06 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Sahibkarlar Konfederasiyası Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası ilə anlaşma memorandumu imzalayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
14:36 08.07.2021

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə Təbriz Ticarət, Sənaye Və Mədənlər Palatası arasında anlaşma memorandumu imzalanıb.

ASK-dan AZƏRTAC-a bildirilib ki, iyulun 6-da Sahibkarlar Konfederasiyasında İran İslam Respublikasının Şərqi Azərbaycan (Təbriz) valisinin iqtisadi məsələlər üzrə müavini Əli Cahangirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. ASK-ın prezidenti Məmməd Musayev dost ölkədən olan nümayəndə heyəti ilə görüşməkdən məmnunluğunu bildirərək ölkəmizdəki biznes imkanları, dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün görülən işlər, respublikaya xarici investisiyaların cəlb edilməsinə yaradılan münbit şərait, eyni zamanda, Azərbaycanın MDB, Türkiyə və Avropa bazarlarına geniş çıxış imkanları, logistika infrastrukturu barədə qonaqlara ətraflı məlumat verib.

Ə.Cahangiri 44 günlük Vətən müharibəsində Azərbaycanı qazandığı Qələbə münasibətilə təbrik edərək, ərazilərimizin azad olunmasının hər iki ölkə arasında iqtisadi əlaqələr üçün yeni imkanlar yaratdığını bildirib. O, Təbrizin tarixən sənətkarlar şəhəri olduğunu və şəhərdə 4 minədək zavodun, eləcə də 27 minədək kiçik və orta sahibkarlıq subyektinin fəaliyyət göstərdiyini qeyd edib. Ə.Cahangiri təmsil etdiyi bölgənin və ümumilikdə İranın böyük iqtisadi və investisiya potensialı, Azərbaycan və İran sahibkarlarının birgə müəssisələr yaradaraq iki ölkə arasında ticarət dövriyyəsinin artırılması və gələcəkdə bu məhsulları üçüncü ölkələrə ixrac etmək imkanları barədə fikirlərini bölüşüb.

Bu kontekstdə Azərbaycan Sahibkarlar Konfederasiyasının da üzvü olduğu Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresinin fəaliyyəti və bu platforma üzərindən 30-dək ölkəyə, eləcə də Rusiya bazarına çıxış imkanları barədə qonaqlara məlumat verilib.

Ə.Cahangiri Xudafərində İran və Azərbaycan məhsullarının sərgi və satış yarmarkasının keçirilməsi, gələcəkdə müştərək sərbəst bazar zonasının yaradılması və Təbrizə biznes-missiyasının təşkili ilə bağlı təkliflər irəli sürüb.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam etmişdir. Daha sonra Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Təbriz Ticarət, Sənaye və Mədənlər Palatası arasında anlaşma memorandumu imzalanıb. Memorandum birgə fəaliyyət üçün sənaye sahələrinin müəyyənləşdirilməsi, əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin hazırlanması üçün potensial imkanların müəyyən edilməsi kimi məqsədləri əhatə edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM