29 Noyabr 2011 01:11
368
İQTİSADİYYAT
A- A+

Xorvatiyada Dövlət Xəzər Gəmiçiliyinin sifarişi ilə iki gəmi-bərə tikiləcək

 

Xorvatiyanın "Ulyanik" tərsanəsində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sifarişi ilə tikilən iki gəmi-bərənin təntənəli təməlqoyma mərasimi keçirilmişdir.

ADXDG-nin informasiya və mətbuat şöbəsindən AzərTAc-a bildirmişlər ki, mərasimdə Gəmiçiliyin rəisi Aydın Bəşirovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

Mərasimdə çıxış edən natiqlər Azərbaycan dənizçiləri ilə Xorvatiya gəmiqayıranlarının işgüzar əlaqələrinin hələ 27 il bundan əvvəl yarandığını vurğulamışlar. Bildirilmişdir ki, ötən əsrin 80-ci illərində Xəzər dənizi üçün ilk bərələr məhz Pulada, "Ulyanik"də inşa olunurdu. Həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışan, keçmiş ittifaq məkanında nəqliyyat və tikinti sahələrinə rəhbərlik edən ümummilli lider Heydər Əliyevin göstərişi ilə onların hamısı Bakıya göndərilmişdi. Bu gün də Xorvatiya istehsalı olan 7 bərə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində uğurla istismar edilir. Əsası ulu öndər tərəfindən qoyulmuş Böyük İpək yolunda dəmiryolu vaqonları Xəzərin o tayına - Türkmənbaşı və Aktauya, eləcə də geriyə bu bərələrlə çatdırılır.

Gəmiçiliyin rəisi Aydın Bəşirov çıxış edərək demişdir ki, indiki dövrdə ikitərəfli əməkdaşlığın bərpası dövlət başçılarının Azərbaycan-Xorvatiya münasibətlərinin inkişafına yönəlmiş siyasətinin nəticəsidir. O, Azərbaycan Prezidenti İlham Əliyevə nəqliyyat sahəsinə, o cümlədən dəniz nəqliyyatına göstərdiyi diqqətə görə bütün gəmiçiliyin kollektivi adından minnətdarlığını bildirərək bu diqqət sayəsində respublikamızın ticarət donanmasının daim yeniləndiyini vurğulamışdır. Qeyd etmişdir ki, son 8 ildə gəmiçiliyin daxili imkanları və dövlət büdcəsinin vəsaiti hesabına 1 quru yük gəmisi, 10 tanker və 4 bərə alınmışdır. Onların əksəriyyətinin istismara buraxılması mərasimlərində ölkəmizin rəhbəri şəxsən iştirak etmiş, 7 minlik kollektivin ağır dənizçi əməyinə hörmətini bildirmişdir. Gəmiçiliyin işçiləri belə qayğını çox yüksək qiymətləndirir və bütün səylərini yüklərin keyfiyyətlə, vaxtında daşınmasına yönəldirlər.

Sonra inşa olunacaq 2 bərənin birinci dib seksiyaları kranla xüsusi dayaqlar üzərinə qoyulmuşdur.

Xatırladaq ki, cari ilin mayında azərbaycanlı və xorvatiyalı tərəfdaşlar arasında gəmi-bərələrin 2+3 sxemi ilə inşası barədə müqavilə imzalanmışdı. Müqaviləyə əsasən, 2012-ci ilin sentyabr-oktyabr aylarında 2 bərə sifarişçiyə təhvil verilməlidir. ADXDG daha 3 gəminin inşasının hüququnu da özündə saxlayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video