26 Fevral 2012 01:02
300
CƏMİYYƏT
A- A+

Xocalıda azərbaycanlıların dəhşətli qətliamı zəmanəmizin acı gerçəkliyidir

 

Təəssüflə qeyd etmək istəyirəm ki, tarixdən ibrət dərsi götürməyən ayrı-ayrı siyasi-şovinist dairələr, irticaçı rejimlər və ideologiyalar bu gün də beynəlxalq sülh və əmin-amanlıq üçün ciddi təhlükə mənbəyi olaraq qalmaqdadır.

Son iyirmi ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilmiş deportasiya və etnik təmizləmə siyasəti, kütləvi qətl və terror aksiyaları, nəhayət, Xocalıda azərbaycanlıların dəhşətli qətliamı zəmanəmizin acı gerçəkliyidir. Biz hansı coğrafiyada törədilməsindən asılı olmayaraq, etnik-dini düşmənçiliyin və ayrı-seçkiliyin hər cür təzahürünü bütövlükdə bəşər sivilizasiyasını təhdid edən cinayət kimi qiymətləndirir və dünya birliyini bu bəşəri təhlükəyə qarşı səfərbər olmağa dəvət edirik.

 

Prezident İlham Əliyevin Azərbaycanın Yəhudi icmasına müraciətindən

 

2009-cu il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video