09:57 16 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:03 16.10.2021

16 oktyabr


00:53 16.10.2021

Qoruyucu “Dendra”


00:53 16.10.2021

Fişəngdən silaha


00:52 16.10.2021

İlk kimyəvi silah


00:50 16.10.2021

Süni gözlər


00:46 16.10.2021

“Ağıllı” saplar


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

«Xocalı. XX əsrin soyqırımı» kitabı çapdan çıxmışdır
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
01:02 24.02.2012

 

"Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının 20 ili tamam olur. İyirmi il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törətmişlər. Şəhər darmadağın edilmiş və talanmış, dinc əhaliyə amansızlıqla divan tutulmuş, 613 nəfər qətlə yetirilmiş, meyitlər təhqir olunmuş, 1275 nəfər girov götürülmüş və işgəncələrə məruz qoyulmuşdur".

Bu sətirlər Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində çapdan çıxan, Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və AzərTAc-ın birgə layihəsi olan "Xocalı. XX əsrin soyqırımı" kitabının "Layihənin müəllifləri" bölməsindən götürülmüşdür.

Azərbaycan, ingilis, rus, alman, fransız və ərəb dillərində mətnlərin və Xocalı faciəsi qurbanlarının siyahısının yer aldığı kitabda qanlı qırğını əks etdirən çoxsaylı fotoşəkillər toplanmışdır.

Bu kitabın hazırlanmasında məqsəd həm Xocalı soyqırımını daha geniş coğrafiyada tanıtmaq istiqamətindəki təbliğat işinə kömək etmək, həm də faciə ilə bağlı faktlar, rəqəmlər, həmçinin fotoşəkillərlə əlaqədar mətbuatda və digər nəşrlərdə yol verilən səhvlərin qarşısını almaqdır.

Nəşrdə istifadə olunan faktlar, rəqəmlər, məlumatlar, etibarlı mənbələrdən, fotoşəkillər isə mötəbər qurumların - Azərbaycan Respublikası Milli Təhlükəsizlik, Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun, Hərbi Prokurorluğun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Milli Arxiv İdarəsinin, Xocalı, Şuşa, Xocavənd rayonları icra hakimiyyətlərinin və AzərTAc-ın arxivlərindən götürülmüş, Müəllif Hüquqları Agentliyi tərəfindən təsdiq edilmişdir.

Layihənin müəllifləri - Prezident Administrasiyasının şöbə müdiri, professor Əli Həsənov və AzərTAc-ın baş direktoru Aslan Aslanov yazırlar ki, miqyasına və dəhşətlərinə görə Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş soyqırımıdır. Bu faciənin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərmanının müddəaları təsdiq edir.

Kitabda bildirilir ki, Azərbaycan dövləti və hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları, diaspor qurumları Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə daha geniş coğrafiyada çatdırılması, onun soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atırlar. Bu istiqamətdə fəaliyyətin oriyentirlərini də ulu öndərimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra müəyyənləşdirmişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilmiş, hər il fevralın 26-nın "Xocalılıların soyqırımı günü" kimi qeyd olunması barədə qərar qəbul edilmişdir. Prezident Heydər Əliyev 1997-ci il fevralın 25-də hər il fevralın 26-sı saat 17:00-da Azərbaycanın bütün ərazisində "Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında", 1998-ci il martın 26-da "Azərbaycanlıların soyqırımı haqqında" fərmanlar imzalamış, 2007-ci ildə Milli Məclis Xocalı soyqırımının 15 illiyi ilə əlaqədar geniş qərar qəbul etmiş, Prezident İlham Əliyev "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" 2012-ci il yanvarın 17-də sərəncam vermişdir.

Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyeva tərəfindən 2009-cu ildə irəli sürülmüş "Xocalıya ədalət" beynəlxalq kampaniyasının mühüm rolu olmuşdur. Hazırda dünyanın 100-dən artıq nöqtəsində həyata keçirilən bu kampaniya çərçivəsində görülən işlərin nəticəsində İslam Əməkdaşlıq Təşkilatının üzvü olan 51 ölkənin parlament nümayəndə heyəti bu il yanvarın 31-də Xocalı faciəsini beynəlxalq səviyyədə soyqırımı kimi tanımışdır.

Kitabda qeyd olunur ki, artıq Xocalı soyqırımının beynəlxalq miqyasda tanınması istiqamətində həyata keçirilən tədbirlər yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə Xocalı soyqırımı ilə bağlı məlumatların, faktların, fotoşəkillərin dəqiqliyinə xüsusi diqqət yetirilməlidir ki, düşmənlərimiz bundan əleyhimizə istifadə edə bilməsinlər.

Xocalı soyqırımının dəhşətlərini əks etdirən yeni nəşr Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, konsulluqlarına, nümayəndəliklərinə, diaspor təşkilatlarına, həmçinin Bakıda akkreditə olunmuş diplomatik korpusa, əcnəbi şirkətlərə, təşkilatlara, eləcə də elmi idarələrə, ali məktəblərə və kitabxanalara paylanmışdır.

"Şərq-Qərb" mətbəəsində nəfis tərtibatla çap edilən kitabın tərtibçi redaktorları Prezident Administrasiyasının şöbə müdirinin müavini Ərəstun Mehdiyev, sektor müdiri Vüqar Əliyev və AzərTAc-ın baş direktorunun müavini Dağbəyi İsmayılovdur.

Kitaba nəşrin elektron variantının diski də əlavə olunmuşdur.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM