08:52 19 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:44 19.10.2021

Müstəqillik zirvəsi


00:42 19.10.2021

FATEH, yoxsa XİLASKAR?


00:41 19.10.2021

19 oktyabr


00:35 19.10.2021

10 QOLLU TUR


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xocalı faciəsinin iyirminci ildönümü münasibətilə respublika sərgi-müsabiqəsi elan olunur
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
12:02 11.02.2012

 

Azərbaycan Respublikası Prezidentinin "Xocalı soyqırımının iyirminci ildönümü haqqında" 2012-ci il 17 yanvar tarixli sərəncamına uyğun olaraq, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Xocalı faciəsinin iyirminci ildönümü münasibətilə "Unudulmayan tarix"  mövzusunda respublika sərgi-müsabiqəsi elan edir.

Mədəniyyət və Turizm Nazirliyindən AzərTAc-a bildirmişlər ki,  sərgi-müsabiqə Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarının təsviri və dekorativ sənət əsərləri vasitəsilə ifadə edilməsi, əsrlər boyu başımıza gətirilən faciələrin, soyqırımı faktlarının bədii təcəssümü, eyni zamanda, xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzminin nümayişi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə keçirilir.

 Sərgi-müsabiqədə iştirak etmək istəyən rəssamlar öz əsərlərini fevralın 20-dək Azərbaycan Rəssamlar İttifaqına (ünvan: Bakı şəhəri, Xaqani küçəsi, 19, telefon: 493-62-30) təqdim edə bilərlər.

Sərgi-müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarını, tarixən üzləşdiyimiz faciələri, həmçinin xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin, ərazi bütövlüyünün qorunması yolunda göstərdiyi mübarizə əzmini əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət göstərməlidir.

Sərgi-müsabiqəyə 2011-ci ilin fevralında keçirilmiş sərgi-müsabiqəyə təqdim olunmuş əsərlər təkrarən verilə bilməz.

Təqdim olunacaq əsərlərə Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının mütəxəssislərindən və  tanınmış rəssamlardan  ibarət komissiya tərəfindən baxış keçiriləcəkdir. Heykəltəraşlıq, rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət və müasir incəsənət (fotoart və videoart) nominasiyaları üzrə qiymətləndiriləcəkdir.

 Müsabiqənin şərtlərinə əsasən, hər biri 1 mükafat olmaqla  ən yaxşı heykəltəraşlıq əsərinə görə 5.000 manat, ən yaxşı rəngkarlıq əsərinə 4.000 manat, ən yaxşı qrafika əsərinə 2.500 manat, ən yaxşı dekorativ-tətbiqi sənət əsərinə 2.500 manat və ən yaxşı müasir incəsənət (fotoart, videoart) əsərinə görə 1.000 manat pul mükafatı nəzərdə tutulmuşdur. Bundan əlavə, bütün nominasiyalar üzrə fərqlənənlərə 25 həvəsləndirici mükafat, diplom və 500 manat pul mükafatı təqdim olunacaqdır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM