14:20 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Xivənin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi qeyd olunub
 
ANA SƏHİFƏ / MƏDƏNIYYƏT
16:29 15.09.2021

Qədim Xivə şəhərindəki İçənqala Memorial Kompleksində şəhərin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi münasibətilə açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistan Baş nazirinin müavini, turizm və idman naziri Əziz Abduhakimov, bu ölkənin mədəniyyət naziri Azadbek Nazarbakov, TÜRKSOY-un üzvü olan digər ölkələrin mədəniyyət nazirləri, TÜRKSOY Baş katibinin müavini Bilal Çakıcı, UNESCO Baş katibinin müavini Gabriella Ramos, Türk Akademiyasının prezidenti Darxan Kadırali, Özbəkistanın ədəbiyyat, mədəniyyət xadimləri və digər şəxslər iştirak ediblər.

Tədbirdə Əziz Abbduhakimov qonaqları salamlayıb, Xivənin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına görə TÜRKSOY-a minnətdarlıq edib, bundan sonra TÜRKSOY çərçivəsində əlaqələrin inkişafı istiqamətində daha böyük layihələrin həyata keçirilməsinə əmin olduğunu bildirib. O deyib ki, bu mühüm tədbirdə türk dünyasının deyil, dünyanın 60-dan çox ölkəsindən gələn 300-dən artıq nümayəndə iştirak edir.

Bilal Çakıcı bildirib ki, TÜRSOY-un elan etdiyi “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi ancaq türk dünyasında deyil, bütün dünyada böyük maraq oyadıb. Bu layihəyə hər il maraq artmaqda davam edir. Türk dünyasının qədim şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” adına layiq görülməsi üçün bir-biriləri ilə rəqabət edirlər. Hər il türk dünyasının bir qədim şəhərinin mədəniyyət paytaxtı elan olunması xalqlarımız arasında qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, mədəniyyət və sənət adamlarının daha da yaxından əməkdaşlıq etməsinə zəmin yaradır.

Bu mühüm tədbirdə iştirak etməsindən məmnunluğunu ifadə edən Gabriella Ramos deyib ki, pandemiya şəraitində bu qədər ölkə nümayəndələrini bir araya yığmaq sözün əsil mənasında böyük hadisədir.

Mərasim çərçivəsində TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxt”larının fotosərgisi açılıb, Özbəkistanın milli geyimləri nümayiş etdirilib.

Bununla bağlı keçirilən konsertdə 300-dən artıq sənətçi iştirak edib, trk dünyasının mahnı və rəqslərini ifa edilib. Konsertdə Azərbaycanın mahnı və rəqsləri də ifa olunub.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM