22 Aprel 2021 11:58
699
Təhsil
A- A+

Xəzər Universiteti dünyanın ən yaxşı ali təhsil müəssisələri sırasında  

 Dünyanın nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) 2021-ci il üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan, sosial və iqtisadi töhfələrinə görə fərqlənən ən yaxşı dünya universitetlərini müəyyən edərək, “THE University Impact Rankings 2021” reytinq cədvəlini açıqlayıb.

Bu barədə AZƏRTAC-a Xəzər Universiteti nədən məlumat verilib. Qeyd olunub ki, reytinqin 3-cü nəşrinə 94 ölkədən 1115 universitet daxil edilib. Xəzər Universiteti reytinqdə 401-600 aralığında qərarlaşaraq Azərbaycandan bütün sahələr üzrə ən yüksək nəticə göstərən ali təhsil müəssisələrindəndir.

Xəzər Universiteti təhsilin keyfiyyəti üzrə 101-200 aralığında yer tutub. Beləliklə, universitet sahələrin 1-i üzrə 101-200 yerdə, 2-si üzrə 201-300 yerdə, 4-ü üzrə 301-400 yerdə, 1-i üzrə 301+ yerdə, 3-ü üzrə 401+ yerdə, 5-i üzrə isə 401-600 yerdə qərarlaşıb.

Reytinq cədvəli ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş linkdə tanış olmaq mümkündür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video