02 Noyabr 2011 01:11
483
Məktublar
A- A+

«Xəzər: Ətraf Mühit üçün Texnologiyalar» Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarına

 

Hörmətli xanımlar və cənablar!

Sizi - "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin iştirakçılarını səmimi qəlbdən salamlayır, hər birinizə bu xeyirxah işinizdə uğurlar diləyirəm.

Fərəhləndirici haldır ki, ətraf mühit mövzusunda bu cür sərgi Azərbaycanda artıq ikinci dəfə təşkil olunur. Ölkəmizdə "Ekologiya ili" elan edilmiş 2010-cu ildə ilk dəfə ekologiya ilə bağlı "Azərbaycan Yaşıl Dünya Naminə" Beynəlxalq Sərgisinin keçirilməsi bir daha sübut etdi ki, respublikamızda sosial-iqtisadi həyatın bütün sahələri kimi ətraf mühit məsələlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.

Eyni zamanda, biz vətəndaşlarımızın sağlam ətraf mühitdə yaşamasının təmin olunması üçün bütün imkanlardan, o cümlədən ən müasir "yaşıl texnologiyalar"ın geniş tətbiqindən maksimum faydalanmalıyıq. Buna ölkə iqtisadiyyatının sürətli inkişafı nəticəsində ildən-ilə artan maliyyə imkanları da lazımi şərait yaradır.

Respublikamızın iqtisadi sahədə qazandığı nailiyyətlər nəticəsində son illər infrastrukturun inkişaf etdirilməsinə, irimiqyaslı ekoloji layihələrin gerçəkləşdirilməsinə böyük əhəmiyyət verilir. Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması, ərazilərin yaşıllaşdırılması, çirklənmiş torpaqların təmizlənməsi və biomüxtəlifliyin qorunması sahəsində ölkə miqyaslı mühüm layihələr icra olunur.

İnanıram ki, "Xəzər: Ətraf Mühit üçün Texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərgisinin ətraf mühitin sağlamlaşdırılması və ekoloji problemlərin həllinə yönəldilmiş fəaliyyəti öz müsbət nəticələrini verəcəkdir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 27 oktyabr 2011-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video